Rusiyada adam öldürməyə cəhd edən azərbaycanlı 3 il sonra Sabirabadda tutuldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |    

Rusiyada adam öldürməyə cəhd edən azərbaycanlı 3 il sonra Sabirabadda tutuldu

Rusiyada 3 il əvvəl adam öldürməyə cəhd edən şəxs Azərbaycanda yaxalanıb.

Median.Az
Trend-ə istinadən xəbər verir ki, hadisə Rusiyanın Rostov vilayətində baş verib.

Sabirabad rayonunun Zəngənə kənd sakini, Babayev Amil Kamil oğlu 2016-cı il dekabrın 16-da Rostov vilayəti, Aksay şəhəri, Verbnaya küçəsi 2 saylı ünvanda tanışı Xəlilov Fərrux Vaqif oğlu ilə ailə münaqişəsi zəminində mübahisə edib. A.Babayev F. Xəlilovdan qisas almaq məqsədi ilə ona bir neçə bıçaq zərbəsi endirərək öldürmək istəyib.

Yaralı xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

A.Babayev həmin vaxtdan etibarən Azərbaycana qaçaraq istintaqdan gizlənib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Babayev saxlanılıb, Sabirabad rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı başlanmış cinayət işi Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilib və iş Səbail rayon Prokurorluğuna göndərilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 477 17.04.19 20:26