Mojo.az Banner
13:35 Xırdalanda nazirlik əməkdaşları alpinist ləvazimatı ilə mənzilə girdilər - Azyaşlının xilasedilmə GÖRÜNTÜLƏRİ  |     13:33 BMW yüzminlərlə avtomobilini geri çağırır  |     12:12 Nəsimi rayonundakı qəzalı evlər söküləcək - Sakinlərə təzminat ödəniləcək? (Video)  |     12:08 Məşhur aktyor Ceyms Van Der Bik vəfat edib  |     12:06 Estetik əməliyyatdan sonra qadının üzü deformasiyaya uğradı - İddia (Video)  |     11:57 85 min manatlıq dələduzluq işi üzrə məhkəmə qərarı: Təqsirləndirilən şəxs öldü  |     11:27 Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya edildi  |     11:23 Sumqayıtda dəhşətli yanğın: Evdən kişinin meyiti tapıldı  |     11:18 Tayvanda güclü zəlzələ oldu  |     11:14 Bakıda çəkdiyi əxlaqsız videoları sosial şəbəkədə paylaşan şəxs HƏBS OLUNDU  |     23:01 Ermənistan AES-in istismar müddətini uzadır  |     22:53 Qurban Qurbanov xanımı və qızı ilə - Video  |     22:47 Tibb işçilərinin maaşları artırılacaq? - VACİB AÇIQLAMA  |     22:40 Ən çox şikayət edilən sığorta şirkətləri - SİYAHI  |     22:35 Azərbaycanlılar şopinq üçün ən çox hansı ölkələrə üz tutub?  |     22:26 Banklardan kənarda olan nağd pul kütləsi 18 milyard manata çatıb  |     22:21 Novxanıda sürət qatarı qarşısına çıxan piyadanı vurub öldürdü  |     22:14 Türkiyə və Yunanıstan arasında əməkdaşlığa dair 7 sənəd imzalandı  |     22:08 Mənimsəmədə ittiham olunan şirkət direktorunun cinayət işinə xitam verildi  |     22:01 "Temu" bağlamaları gömrükdə ilişib qalanlara ŞAD XƏBƏR – Çarəsi tapıldı  |    
Left Banner
Right Banner

Azərbaycanda 10 min dollaradək kreditlərlə bağlı məhkəmələr dayandırıldı

17.04.2019 12:27 5 018
Azərbaycanda 10 min dollaradək kreditlərlə bağlı məhkəmələr dayandırıldı
10 min dollar və 17 min manata qədər olan problemli kreditlərin məhkəməsi dayandırılıb.

Bu sözləri Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

O bildirib ki, prezidentin sərəncamına uyğun olaraq, respublika üzrə problemli kreditlərlə bağlı məhkəmə prosesləri dayandırılıb:

“Bu istiqamətdə Maliyyə Bazarına Nəzarət Palatası ilə birgə dəqiq araşdırmalarımız davam edir. Hüquqi cəhətdən bütün normalara riayət edilməsinə nəzarət olunur”.

Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Əsəd Mirzəliyev isə bildirib ki, fərman dərc olunan gündən bank nümayəndələri ilə dəfələrlə görüş keçirilib:

“Cənab prezidentin imzaladığı fərman 10 min dollar və 17 min manata qədər borcu olan vətəndaşa şamil olunacaq. Amma bir vətəndaşın bir yox, bütün banklarda toplanan borclarının ümumi dəyəri nəzərdə tutulur. Bu isə geniş prosesdir.

Araşdırma dəqiq aparılmalıdır və buna görə də proseslər dayandırılıb. Ali Məhkəmə olaraq biz kənarda dayanmamışıq, əksinə, hüquqi cəhətdən istiqamətlərimizi vermişik”.



скачать dle 11.3
Mojo.az Banner