Mojo.az Banner
00:32 KİV: Xameneinin öldüyü təsdiqləndi  |     23:02 BMT-nin Baş katibi tərəfləri hərbi əməliyyatları dərhal dayandırmağa ÇAĞIRDI  |     22:57 İsrail-İran münaqişəsi fonunda Ərdoğandan XƏBƏRDARLIQ  |     22:50 Qızıl Aypara: İranın 24 vilayətinə endirilən zərbələr nəticəsində 200-dən çox insan həlak olub  |     22:44 İranın ali rəhbərinin yeri məlum oldu  |     22:37 Azərbaycan strateji körpüdür - FOTO  |     22:30 Tramp İrana zərbələri Floridadakı iqamətgahından izləyib  |     22:21 Başqasının görüntüsünü istehza ilə paylaşanların NƏZƏRİNƏ - VİDEO  |     22:16 Pullu iftar süfrələrinin təşkili GÜNAHDIR?  |     22:13 Bəhreyn DİN: Manamada yaşayış binalarına zərbələr endirilib - VİDEO  |     22:10 İran raketləri Bakı səmasından belə göründü – VİDEO  |     22:09 Təmir gedən yolda təhlükəli anlar: "Mercedes" xəndəyə yuvarlandı - VİDEO  |     22:03 XƏBƏRDARLIQ: Üzərində bu yazı olan şor məhsulunu qətiyyən almayın  |     21:55 Azərbaycan XİN-dən regional hərbi eskalasiyaya dair BƏYANAT  |     21:48 Taksiyə ödəniş etməyənləri hansı cəza gözləyir? - VİDEO  |     21:40 Yeddi Azərbaycan vətəndaşı İrandan təxliyə edilib  |     21:33 İran İsrailə yenidən raket zərbələri endirdi - VİDEO  |     21:31 İran Küveyt Beynəlxalq Hava Limanına zərbə endirib  |     21:26 İran Hörmüz boğazını bağlayıb  |     21:20 İran XİN sözçüsü: "Məktəbə zərbə nəticəsində 160-a yaxın şagirdin həlak olma ehtimalı var"  |    
Left Banner
Right Banner

İnsanı cavan saxlayan SİRR və Pilates haqda ilk dəfə oxuyacağınız İNANILMAZ FAKTLAR

15.04.2019 23:42 2 945
İnsanı cavan saxlayan SİRR və Pilates haqda ilk dəfə oxuyacağınız İNANILMAZ FAKTLAR
Neçə yaşında olduğunuzu onurğa sütununun nə dərəcədə elastik olması müəyyən edir.

Siz bilirdiniz ki, Pilates əslində, adam olub? Mən bilmirdim. Bu gün çox populyar olan pilates idman növü yaradıcısının adı ilə bağlıdır.

Median.Az xəbər verir ki, pilatesin əsasını Jozef Pilates qoyub. O, öz fiziki təlim sisteminin ixtiraçılarından biridir. Jozef Pilates hesab edirdi ki, insan 30 yaşında da qocala və yaxud 60 yaşına qədər gənc qala bilər. O, inanırdı ki, onurğa sütunu nə qədər elastikdirsə, insan o qədər gəncdir. Məşqçi deyirdi ki, qocalıq 100 yaşından sonra başlamalıdır.

Y.Pilates uşaqlıqda zəif və cılız olmasına baxmayaraq, öz sistemi sayəsində uzun və sağlam bir həyat yaşayıb.

Yozef Pilates 1883-cü ildə Almaniyada yoxsul yunan və alman ailəsinə anadan olub. Zəif olduğundan uşaqlığı çox ağrılı keçib: raxit və astma, hətta revmatizm. Məktəbdə onu həmişə ələ salır və lağ edirdilər. Doqquz yaşında həmyaşıdlarının təhqirlərinə daha dözə bilməyən oğlan bir gün atasına şikayət edir. Ondan sonra atasının dediyi söz bütün həyatını dəyişir: "Hər kəs öz taleyinin ağasıdır. Sən şikayət etməyə davam edə və yaxud gedib idman edə bilərsən".

Bir neçə il gərgin məşqlər nəticəsində Jozef idmançıya çevrilir: gimnastika, xizək, boks, üzgüçülük, dalğıc və sair idman növləri ilə maraqlanırdı. O, öz əzələlərini o qədər yaxşı inkişaf etdirmişdi ki, yerli rəssamlar anatomik rəsm üçün poza verməyə naturaçı kimi onu dəvət etməyə başladılar. Artıq o zaman bədənini möhkəmləndirmək üçün öz sistemini qurmağa başlayır. 1912-ci ildə Pilates İngiltərəyə köçür: boksçu kimi rinqlərdə döyüşür, sirk gimnastı kimi fəaliyyət göstərir, hətta Skotland-Yardda özünümüdafiə üzrə məşqçi işləyir.

Daha sonra Birinci Dünya müharibəsi başlayır və onu etnik alman düşərgəsinə göndərirlər. Bununla belə Pilates məşqlərini davam etdirir və öz bədəni üzərində səylə çalışmağa davm edirdi.

Jozef Pilates müharibədən sonra Nyu-Yorka gedir. Həmin dövrdə Amerikada hər cür idman və fitnes mərkəzlərinə yazılmaq dəbdə idi. Jozef risk etməyə qərar verərək bütün sərvətini Nyu-York balet mərkəzinin binasında açdığı idman salonuna yatırır. Onun işi bir anda yüksəlir, balet artistləri, məşhur hollivud aktyorları və idmançılar məşq üçün onun yanına gedirdi.

Bu gün Pilatesin hazırladığı məşqlər yenidən öz populyarlıq dövrünü yaşayır. Pilates məşqləri çox sadə, aydın, eyni zamanda çox effektivdir: düzgün nəfəs texnikası, üstəgəl onurğa və oynaqların ətrafında əzələ karkasını formalaşdıran gimnastikasının tədricən inkişafı. Hər bir hərəkət düzgün və dəqiq şəkildə yerinə yetirildiyi zaman travmalar demək olar ki, aradan qalxır. Pilates məşqləri hər kəs üçün uyğundur: həm yaşlılar, həm də gənclər, həm xəstə, həm də sağlam insanlar üçün. Xüsusilə oturaq və daha çox hərəkətsiz həyat tərzi sürən insanlara faydalıdır. Onu da unutmaq olmaz ki, effektiv nəticə əldə etmək üçün pilateslə mütəmadi olaraq məşğul olmaq lazımdır.

Jozef iddia edirdi ki, onun metodikasına əsasən, 10 məşqdən sonra istənilən şəxs özünü daha yaxşı və gümrah hiss etməyə başlayır. 20 məşqdən sonra daha yaxşı görünməyə başlayır, 30 məşqdən sonra isə bütün bədən yenilənir. Nəzarət altında olan bədənin özünəinamı artır və bundan sonra öz həyatını idarə etməyə başlayır.

"Biz təqaüdə daha tez çıxır və daha gənc yaşlarda ölürük. İnsanın çiçəklənmə dövrü 70-dən sonra başlamalı, qocalıq isə 100 yaşından sonra gəlməlidir", - deyə o, çıxışlarında tez-tez təkrar edirdi.

Jozef Pilates 87 yaşına qədər yaşayıb və ömrünün sonuna qədər həm məşq edib, həm də tələbələrinə dərs verib.

Pilatesin faydaları çoxdur:

Pilates son zamanlar, məşhur olan idman növlərindən biridir. Pilatesin məqsədi qarın və kürək bölgələrini bərabər şəkildə gücləndirib, bədənin üst qisimində möhkəm bir skelet yaratmaqdır.

Bədəndə tarazlıq, güc və elastiklik yaradır.

Duruş pozğunluğuna səbəb ola bilən skelet sistemi problemlərindən qoruyur.

Boyun yırtığında, qolda yaranan keyləşmə və ağrıları azaldır.

Çəki itirməsəniz də, bədəni incəldir.

Əzələləri gücləndirir, bədənin dayanıqlılığını artırır və bel əyriliyinin qarşısını alır.

Bədən duruşunu düzəldir.

Oynaqlarda yaranan problemlərdə ağrıları nəzarət altında saxlayır.

Bel və kürək ağrılarının meydana gəlməsinə mane olur.

Oynaq içi mayeləri tarazlayır.

Bel yırtığında, ayaqda yaranan ağrıları azaldır.

Gün içində etdiyiniz fəaliyyətlərdə, onurğanıza yüklənmədən hərəkət etməyinizi təmin edir.

Skolyoz problemi həll edir.

Gündəlik aktivliyi artırır.

Kompüterdə işləyən zaman yaranan duruş pozğunluğunu aradan qaldırır və bunların səbəb olduğu ağrıları yox edir. (publika.az)скачать dle 11.3
Mojo.az Banner