Bu qidaları əsla çörəklə YEMƏK OLMAZ - Alimlər ŞOK FAKTLARI AÇDI » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |    

Bu qidaları əsla çörəklə YEMƏK OLMAZ - Alimlər ŞOK FAKTLARI AÇDI

Nədənsə ölkəmizdə demək olar ki, bütün yeməkləri çörəklə yemək qəbul olunub. Çəkimizə nəzarət etsək və dəqiq kalori hesablamaları aparsaq da, sağlamlığımız üçün çörəkdən səmərəli şəkildə istifadə etməyi öyrənməmişik. Əksinə nənə və babalarımız çörəyi mürəbbə, kartof və sair yeməklərlə birlikdə yeməyi öyrədib.

Müharibə dövründə və çətin şərtlərdə yaşadıqlarını nəzərə alaraq yaşlı nəsli başa düşmək olar. Bir vaxtlar insanlar çörəyi çox çətinliklər əldə edirdi, “Şərikli çörək” filmini xatırlayaq. Amma bu gün çörəyin həddən artıq istifadəsi bir çox xəstəliklərə yol açır.

Alimlərin son illərdə apardığı araşdırmalar göstərir ki, çörək zərərlidir. Çünki onun tərkibində orqanizm üçün faydalı olan maddələr yoxdur. Emal olunmuş buğda unu maya ilə birləşərək, bütün faydalı xassələrini itirir, odur ki, faydalı sayıla bilməz.


Tədqiqatlar nəticəsində məlum olub ki, ağ çörək yeyən insanlar artıq çəki problemləri ilə yanaşı, diabet və ürək-damar xəstəliklərinə qarşı meyilli olur. Bu səbəbdən çörəyin sağlamlıq üçün zərərli və ya rasiona daxil etmək lazım olduğunu araşdırmağa dəyər. Tərkibindən və hazırlanma texnologiyasından asılı olaraq çörək həzm sisteminə həm ziyan vura, həm də onu sürətləndirə bilər. Son bir neçə ildə mayasız çörək böyük tələbata malikdir, belə ki, o, maya əlavə edilmədən hazırlanır və maddələr mübadiləsini yaxşılaşdırır. Maya ilə bişirilən çörək barədə eyni fikri demək olmaz. Onun istifadəsi həddən artıq disbakterioz (İnsan orqanizminin mikrob disbalansının pozulması disbakterioz xəstəliyinə səbəb olur.) və ya köp yarada bilər.


Faydalı çörək növü - çovdar çörəyidir. Çovdar çörəyinin tərkibində insana xüsusilə payızda və qışda lazım olan vitaminlər var. Lakin qastrit, mədə xorası, mədə qıcqırması olan insanlara çovdar çörəyi yemək olmaz. Qalan bütün hallarda yemək olar, hətta ciddi pəhriz müddətində. Bununla belə faydalı çovdar çörəyini bəzi ərzaq məhsulları ilə birlikdə yemək zərərlidir. Bu, xoşagəlməz nəticələrə səbəb ola bilər.

Hansı ərzaqlarla çörək yemək olmaz?


Meyvə salatı


Bu yemək yüngül tərkibdən ibarət deyil, böyük miqdarda şəkər və sellüloza çörəklə birləşərək mədə qıcqırmasına çevrilir.

Kələm turşusu


Kələm turşusunu çörəklə yemək olduqca ziyandır, bu məhsulların vəhdəti mədə qıcqırması və qarın köpü yaradır. Ümumiyyətlə, dietoloqlar hər hansı turşu ilə çörək yeməyi məsləhət görmür.

Mürəbbə


Amerikasayağı səhər yeməyi: qızarmış yağlı çörək və mürəbbə. Bəli, onların birləşməsi çox ləzzətli ola bilər, amma bu, faydalı deyil. Uzun müddət belə səhər yeməyi və ya qəlyanaltı toxluq hissi vermir, üstəlik mədə problemləri ilə artıq çəkiyə zəmanət verir.

Göbələk


Göbələk özlüyündə asan həzm olunmayan ağır yeməkdir. Dietoloqlar əbəs yerə 14 yaşadək olan uşaqlara bu məhsulu qadağan etmir. Belə ağır yeməyin öhdəsindən gəlmək sadəcə uşaq üçün deyil, böyüklər üçün çətindir. Buraya ağ və sevdiyiniz çörəyi əlavə etsəniz, yeməyin həzm daha da çətin olacaq.

Yağlı yeməklər


Ağ çörək həzm sistemini çətinləşdirir, odur ki, ət, balıq və toyuq kimi yağlı yeməkləri qara çörəklə yemək tövsiyə edilir. Sağlam qidalanma mütəxəssisləri iddia edir ki, əti qara çörəklə yemək onun daha yaxşı həzm olunmasına və əmilməsinə kömək olur.

Çörəyi həm tək yemək, həm də tərəvəz və göyərti ilə birləşdirmək olar. Çörəyi çox sevirsinizsə, onu evdə mayasız hazırlanmış çörəklə dəyişməyə dəyər.//publika.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 046 13.04.19 22:47