Sumqayıtda taksi sürücüsünü öldürən şəxslər 39 il cəza alıblar - FOTOLAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |     18:47 Sumqayıt sakini itkin düşüb  |     18:29 Nadirin səhhətində problem yarandı - AÇIQLAMA  |     18:14 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     17:52 Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib  |     17:38 Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”  |    

Sumqayıtda taksi sürücüsünü öldürən şəxslər 39 il cəza alıblar - FOTOLAR

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Pərviz Məmmədov, Sumqayıt şəhər sakini Rahin Hüseynov və Şəmkir rayon sakini Şamil Bayramovun CM-nin 120.2.1-ci (qabaqcaban əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) və 181.2.1-ci (quludrluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəlləri ilə təqsirləndirilmələrinə dair cinayət işi məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, ötən il mayın 8-də H.Z.Tağıyev qəsəbəsi ərazisində “Mersedes” markalı avtomobilin sükanı arxasında çoxsaylı bıçaq xəsərətləri nəticəsində naməlum bir şəxsin öldürülməsi barədə Sumqayıt ŞPİ-nə məlumat daxil olub. Hadisə yerinə baxış keçirilib, təxirəsalınmaz istintaq hərəkətləri aparılaraq müvafiq əl-barmaq izləri götürülüb, meyiİi tapılan şəxsin, paytaxt sakini Aydın Şıxəliyev olması müəyyənləşdirilib.

DİN-in Baş Cinayət Axtarış, Kriminalistik Təhqiqatlar idarələri və Sumqayıt ŞPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri mayın 11-də Pərviz Məmmədov, Rahin Hüseynov və Şamil Bayramov tutulublar.

İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslər Bakı-Sumqayıt istiqamətində hərəkət edən taksilərdən birinə müştəri kimi əyləşərək avtomobili H.Z.Tağıyev qəsəbəsinə sürdürməyi və orada sürücüyə zor tətbiq edərək onun pulunu, mobil telefonunu almaq barədə əvvəlcədən razılığa gəliblər. Bu niyyətlə onlar, mayın 8-də metronun “20 Yanvar” stansiyasının yaxınlığında Aydın Şıxəliyevin idarə etdiyi “Mersedes” markalı avtomobilə əyləşiblər. Qabaqcadan nəzərdə tutulmuş yerə çatdıqda Ş.Bayramov və R.Hüseynov üzərlərində olan bıçaqlarla A.Şıxəliyevə çoxsaylı zərbələr endirərək onu qətlə yetiriblər. Sonra isə sürücünün cibindən 19 manat və 2 ədəd mobil telefonunu götürərək, hadisə yerini tərk ediblər.

Məhkəmənin hökmü ilə P.Məmmədov 19 il, R.Hüseynov və Ş.Bayramov 10 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.







скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 964 09.04.19 15:52