Su filtrləri satan işbazlar ƏHALİNİ ALDADIR - "Azərsu" » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |    

Su filtrləri satan işbazlar ƏHALİNİ ALDADIR - "Azərsu"

Bakı və Bakıətrafı ərazilərdə bəzi işbazlar əhaliyə verilən içməli suyun tərkibinin insan orqanizminə zərərli olması ilə bağlı şayiələr yayır, vətəndaşlara baha qiymətə su filtrləri təklif edirlər.

Məsələ ilə bağlı "Trend"ə açıqlama verən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, həmin şəxslər insanları aldatmaqla məşğuldur: "Su filtrləri satan şirkətlərin bu sahə üzrə heç bir təhsili olmayan gənc əməkdaşlarının qapı-qapı gəzərək (əsasən də axşam saatları) şəbəkədən verilən suyun keyfiyyətsiz olması barədə insanları aldatmaq cəhdləri hələ də davam edir. İnsanların diqqətinə çatdırırıq ki, suyun elektroliz cihazı və TDS aparatı ilə yoxlanması sadəcə onları aldatmağa hesablanıb. Elektroliz cihazının təsirindən suyun üzərində yaranan tünd yaşıl rəngli təbəqə suyun tərkibindəki palçığın və çirklənmənin deyil, əksinə onun tərkibindəki mineralların elektroliz yolu ilə oksidləşmə və reduksiya prosesi nəticəsində əmələ gələn yeni maddələrin, onlara xas olan rəng və iyin göstəricisidir. Suyun üzərində belə bir təbəqə əmələ gəlmirsə, deməli bu filtrdən keçirilmiş və mineralları tutulub saxlanılmış “ölü” sudur. TDS aparatı ilə yoxlanılan suyun göstəricisi 1000 ppm-ə qədər olduqda, bu, su içməyə yararlı su sayılır. Ancaq filtr satan şirkətlərin əməkdaşları insanların bu sahədə bilgilərinin az olmasından sui-istifadə edib yalan məlumatlar verməklə onları aldatmağa cəhd edirlər. Kimya və bilogiyadan heç bir anlayışı olmayan həmin gənclər TDS aparatı ilə yoxlanılan və 200-300 ppm (qeyd - ümumi mineralların yolverilən qatılıq həddi) təşkil edən suyu çirkli su adlandırır və bununla da insanları aldadırlar".

A.Cəbrayıllı bildirib ki, əhaliyə verilən içməli suyun tərkibində ümumi mineralların yolverilən qatılıq həddi qüvvədə olan standartlara əsasən 1500-ə qədər olduqda bu su içməyə yararlı sayılır: "Bu gün Azərsu ASC-nin insanlara verdiyi suda isə bu göstərici 250-500 arasında dəyişir. Başqa sözlə, bu gün istehlakçılara verilən suda qeydə alınan bu göstəricilər tam normalar çərçivəsindədir".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 191 01.04.19 17:04