AVRO-2019: Azərbaycan millisi elit-raunddakı son oyununu böyük hesablı məğlubiyyətlə başa vurub » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |     12:08 Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu  |     12:06 Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı  |     12:03 Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - DOSYE (FOTO)  |     12:00 Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT  |     11:59 Hindistan yükləri Azərbaycan ərazisindən istifadə edərək daşıyacaq  |     11:58 Bakıda sahibsiz itlərin hücumuna məruz qalan yeniyetmənin vəziyyəti AÇIQLANDI  |     11:57 Sabah Şuşaya növbəti köç olacaq  |     11:56 Qarabağ Universitetinə qəbul planı təsdiqlənib  |     11:55 “Smart Customs” tətbiqində problem yaşanır - FOTO  |     11:53 Qubadlı sakinlərinə ŞAD XƏBƏR: İki kənddə tikinti işlərinə start verildi  |     11:49 Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub  |     11:47 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:45 “Mançester Yunayted” fransalı hücumçu ilə yolları ayıracaq  |     11:45 Bakıda özünə bıçaqla xəsarət yetirən 37 yaşlı kişi ölüb  |    

AVRO-2019: Azərbaycan millisi elit-raunddakı son oyununu böyük hesablı məğlubiyyətlə başa vurub

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının elit-raundunda son oyununu keçirib.

Median.Az
report-a istinadən məlumatına görə, 1-ci qrupda yer alan yığma III turda Rumıniya yığması ilə üz-üzə gəlib.

Rusiyanın Krasnodar şəhərindəki "Kuban" stadionunda təşkil olunmuş qarşılaşma rəqib komandanın böyük hesablı qələbəsi ilə yekunlaşıb. Rumıniya millisi qollarından 3-nü ilk yarıda vurub. 7-ci və 20-ci dəqiqələrdə Valentin Mihayla, 29-cu dəqiqədə Andrey-Marius Rus fərqlənib. Oyunda son nöqtəni isə 90+3-cü dəqiqədə Alexandru Tirlya qoyub.

Qrupun digər oyununda Rusiya millisi "Krasnodar" Futbol Akademiyasının stadionunda İrlandiya yığmasına uduzub - 0:2.

Beləliklə, 3 oyunun hamısını qələbə ilə başa vuran İrlandiya yığması 9 xalla qrup lideri olub və 14 - 27 iyulda Ermənistanda keçiriləcək Avropa çempionatına vəsiqə qazanıb.

Rumıniya 4 xalla 2-ci, Rusiya 2 xalla 3-cü yeri tutub. 3 oyundan cəmi 1 xalla ayrılan Azərbaycan millisi isə qrup sonuncusu olub. Bu görüşlərdə Vüqar Məmmədin baş məşqçi olduğu kollektiv cəmi 1 qol vurub və qapısından 7 top buraxıb.

AVRO-2019-un elit-raundu

III tur

1-ci qrup

26 mart

18:00. Rumıniya - Azərbaycan - 4:0

Qollar: Valentin Mihayla, 7; 20. Andrey-Marius Rus, 29. Alexandru Tirlya, 90+3

Hakimlər: Adrian Jakkotte, Vital Jobin (hər ikisi İsveçrə), Yeqor Bolxovitin, Nikolay Voloşin (hər ikisi Rusiya)

Krasnodar, "Kuban" stadionu (Rusiya)

18:00. Rusiya - İrlandiya - 0:2

Qeyd edək ki, 14 - 27 iyulda Ermənistanda keçiriləcək final mərhələsinə yalnız qrup qalibləri olan 7 ölkə vəsiqə qazanıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 364 26.03.19 21:29