23:01 Rusiya Ermənistanın Roma Statutuna qoşulmaq planlarını qəbuledilməz hesab edir  |     22:36 Dərimiz niyə quruyur? - Dermatoloq  |     22:29 Rüstəm Muradov vəzifəsindən uzaqlaşdırıldı  |     22:21 Martın 28-nə USD/AZN rəsmi məzənnəsi  |     22:17 Bayram günlərində regionlara daşınan sərnişin sayı məlum olub  |     22:01 Əfv komissiyası neçə müraciətə baxıb?  |     21:58 "OneWeb" peyk interneti bu il bütün dünyada İSTİFADƏYƏ VERİLƏCƏK  |     21:50 DİQQƏT! Oruc tutanlar daha gec yaşlanır  |     21:43 Çaydan çox istifadə bu problemlərə SƏBƏB OLUR  |     21:40 Yatmazdan əvvəl telefonda interneti MÜTLƏQ BAĞLAYIN – SƏBƏB  |     21:29 Naxçıvanda tələbə bacılar dəm qazından zəhərlənib  |     21:23 İran Liviyada səfirlik aça bilər  |     21:19 Luvr muzeyi fəaliyyətini dayandırıb  |     21:07 Qubada qanunsuz kömür quyusu aşkar edilib  |     20:55 Elektriklə balıq ovlayanlar saxlanılıb  |     20:49 Sumqayıtda 13 yaşlı oğlan itib  |     20:43 Ulduz falı: 28 mart, 2023-cü il  |     20:34 Martın 28-nə olan hava proqnozu  |     20:28 Azərbaycanın tərəvəz toxumlarını hansı ölkələr alır?  |     20:19 İstehlaka yararsız qida məhsulları məhv edilib  |    
Azərbaycanda böyrək köçürülmüş 900-dən çox insan var
Hazırda Azərbaycanda böyrək köçürülmüş 900-dən çox insan var və onların dərman təminatını dövlət öz üzərinə götürüb.

Median.Az
Trend-ə istinadən bildirir ki, respublikanın şəhər və rayonlarında 44 hemodializ mərkəzi fəaliyyət göstərir. Həmin mərkəzlərdə 3600-dən çox xroniki böyrək çatışmazlığı olan xəstə hemodializ seansları və dərman preparatları ilə təmin edilir.

Səhiyyə Nazirliyinin məlumatına görə, bu gün Azərbaycanda dövlət hesabına hemodializlə müalicə üçün növbədə olan xəstə yoxdur. Hazırda xəstələr 71 adda dərman və tibbi ləvazimatlarla Səhiyyə Nazirliyi tərəfindən tam təmin olunurlar.

Qeyd edək ki, xroniki böyrək çatışmazlığı və ya böyrəklərin xroniki xəstəliyi müxtəlif səbəblərdən böyrəklərin funksiyasının tədricən itməsi və təkrar bərpa olunmaması ilə nəticələnən patoloji haldır.

Böyrəklərin xroniki iltihabi xəstəlikləri, sidik yollarının infeksiyaları, anadangəlmə böyrək anomaliyaları, bir sıra uroloji patologiyalar və böyrək daşı xəstəliyi, şəkərli diabet, hipertoniya xəstəliyi və s. böyrək çatışmazlığı ilə fəsadlaşa bilər.

Xəstəliyin ilk mərhələlərində dərman müalicəsi ilə böyrək çatışmazlığının sonrakı inkişafının və gözlənilən ağırlaşmaların qarşısını almaq mümkün olur. Lakin konservativ müalicə effektsiz olduğu hallarda böyrəklərin artıq itirilmiş funksiyalarını əvəz edə biləcək müalicə üsulları tətbiq olunur ki, bunlara hemodializ, periton dializi və böyrəkköçürmə aiddir.скачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 479 22.03.19 21:28