"BolMart" müştəriləri belə aldadır: malın üzərində bir, kassada digər qiymət » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

"BolMart" müştəriləri belə aldadır: malın üzərində bir, kassada digər qiymət

"1 həftə bundan əvvəl Bakı-Sumqayıt yolunun üstündə Saray qəsəbəsi ərazisində yerləşən BolMart Supermarketdə üzərində 10 manat yazılmış uşaq köynəyini kassir kassaya vurdu və 20 manat olduğunu dedi. Üstündə yazılmış qiyməti göstərirəm, çox rahat formada heç nə olmamış kimi deyir: "qiymət qalxıb, üstündəki səhvdi". Və heç nə olmamış kimi də davam edir. Dayandırıb deyirəm ki, ay xanım, axı mən səni oğurluq üstündə tutmuşam, bir üzr zad istəmək yoxdumu? Yenə eyni rahatlıq və bu dəfə daha özündən razı deyir: "Qiymət qalxıb daaaa, niyə üzr istəyirəm?"."

Bunu sosial şəbəkələrdə sürücülük təlimşisi Mansur Novruzov yazıb. Şikayətçi bildirir ki, bundan sonra ortalıqda gəzən rəhbər işçilərdən birini çağırıb. "Köynəyi verdim ona, onlar araşdırma aparmağa başladılar, mənsə əsəblərimi qorumağa çalışdığım üçün çıxıb getdim."
Şikayətçi deyir ki, 2 gün əvvəl yenidən həmin BolMart marketdə, yenə də üzərinə başqa qiymət yazılmış malın kassada qiyməti fərqli çıxıb. "Kassada başqa qız oturmuşdu, bu qızdan da soruşdum ki, niyə belədir? Eyni rahatlıqla "qiymətlər qalxıb" deyib davam edəndə, bildim ki, rahatlıq qızlarda deyil, onların arxasında dayanan rəhbərlikdədi. Çünki bir marketin işçiləri hamısı eyni tərbiyədə ola bilməzlər, amma eyni təlimatı ala bilərlər. Ona görə mən də ortada gəzən və bir üst vəzifədə olan rəhbərlərini çağırdım və onun yanında başladım əlimə keçənləri cibimə yığmağa. Müştəri ilə market satıcısı arasında bundan sonra maraqlı bir dialoq da olub.

- BolMart: - neynirsən?
- Müştəri: - Oğurlayıram, görən olsa deyəcəm səhv olub, qoyub gedəcəm, görən olmasa da yığdıqlarımı da götürüb çıxıb gedəcəm. Razısan?
- BolMart: - Yox, polis çağıracam.
- Müştəri: - Bəs necə olur, mən sənin cibinə girəndə oğru oluram və polisə zəng vurursan, polis də anında gəlib məni aparır bölməyə. Sənsə mənim cibimə girəndə sən oğru olmursan və sadəcə səhv olub deyib keçirsən, amma bilməsəm oğurladığın sənə qalır və mən də buna görə polisə şikayət edə bilmirəm.
- BolMart: - Siz düz deyirsiz, ama üzrlü sayın, biz bunu araşdıracağıq... (Sonda yenə eyni məntiq: Oğru üzr istəyir və oğurluq olmamış kimi söhbət bağlanır)

Şikayətçi deyir ki, artıq həmin o malların üzərindəki qiymətləri yığışdırıblar və soruşanda bu neçəyədi, deyirlər hələ qiymətləndirilməyib.

//Avtosfer.az

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 571 18.03.19 18:49