Damla işçisini polisə verdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Damla işçisini polisə verdi

Müğənni Damla bir müddət əvvəl "YouTube"dan silinən kanalı ilə bağlı işçisindən şikayət edib.

Median.Az
News24.az-a istinadən xəbər verir ki, ifaçının komandası hazırda kanalın bərpası üzərində çalışır.

Damlanın prodüseri Şamil açıqlamasında baş verən hadisəni təsdiq edib:

"Hazırda "YouTube"-a kanalının bərpası üçün lazımı məlumatlar verilib və bu yöndə işlər gedir.

Damla xanımın "YouTube" kanalını idarə edən Rafis Cəfərzadə ilə bağlı polisə müraciət etsək də heç bir nəticə əldə etmədik. Yəni, sübutumuz yoxdur.

Kanalı sildirməyinə səbəb isə idarəetməni ondan almağımzdır. Sadəcə olaraq hesaba başqa bir mail açmışdı və onun sayəsində daxil olaraq, pis əməlini yerinə yetirib.

Bunu bir çox məşhurlar da təsdiq edər ki, bu sistemə qoşulanlar ayrılmaq istədikdə mübahisə düşür.

Onu da vurğulayım ki, biz "YouTube"dan gəlir əldə etmirdik. Yəni illərdir Rafis idarə etdiyi üçün maddi gəliri o götürürdü. Damla xanımın həmin pula ehtiyacı olmadığı üçün ona ödənilib".

Prodüser açıqlamasının sonunda onu da bildiirb ki, polis işi bağlamayıb.

Hazırda araşdırma aparılır.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 648 12.03.19 19:35