Diqqətli olun: Sizdə bu üsulla aldadıla bilərsiniz - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:29 Nadirin səhhətində problem yarandı - AÇIQLAMA  |     18:14 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     17:52 Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib  |     17:38 Şəhid qardaşı: “Otuz ildir ki, gözümüz yollarda idi”  |     17:26 Ermənistan prezidenti ABŞ-yə işgüzar səfərə gedib  |     17:15 COP29-la bağlı iki xəstəxana ayrılıb  |     17:00 Moskva-Orenburq reysi ilə uçan sərnişin təyyarəsi radarlardan itib  |     16:52 Bakı restoranında faciə  |     16:15 Bakıda qadın həkimin bıçaqlanması ilə bağlı bəzi TƏFƏRRÜAT AÇIQLANDI  |     15:56 Vilayət Eyvazovdan Xankəndiyə yeni təyinat  |     15:40 Ermənistanın Azərbaycanla sərhəddəki kəndində torpaq sürüşməsi baş verib  |     15:27 Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO  |     15:21 Yasamalda əməliyyat: Saxlanılanlar var - VİDEO  |     15:09 Almaniya Rusiyadakı səfirini geri çağırıb  |     14:52 Hüseyn Həsənovun vergi orqanlarına 153 milyon borcu var  |     14:51 Mayın 8-də geomaqnit qasırğası gözlənilir  |     14:34 Ermənistan XİN Almatıda Bakı ilə müzakirə olunacaq məsələləri açıqladı  |     14:23 Hansı şəxslərə 1380 manat veriləcək? - Deputat AÇIQLADI  |     14:22 ABŞ səfiri Şuşaya gedib  |     13:52 Ağdərədə sümük fraqmentləri aşkarlanıb  |    

Diqqətli olun: Sizdə bu üsulla aldadıla bilərsiniz - VİDEO

Bakıda qeyri-adi oğurluq hadisəsi baş verib. Özünü alıcı kimi təqdim edən şəxs avtomobilin sahibi ilə razılaşaraq birlikdə notariat kontoruna gəlib. "Mən maşında gözləyirəm, sən növbə tut" deyən dırnaqarası alıcı sonradan maşını götürərək aradan çıxıb. Maşın sahibinə isə son sözü bu olub - "bağışla, 1000 manat borcum var, maşını sələmçiyə verdim".

Bakıda özünü müştəri kimi qələmə verən şəxs avtomobil oğurlayıb.

Hadisə Yasamal rayonunda baş verib. Şahmar Məhərrəmov avtomobilini satmaq məqsədi ilə elan saytlarından birinə məlumat yerləşdririb. Özünü alıcı kimi təqdim edən Asiman Zeynalov maşını bəyəndiyini və baxmaq istədiyini bildirib. Sövdələşmək üçün notariat kontoruna gəldikdə isə avtomobilin sahibi sənədləşdirmə üçün növbəyə dayanıb, Asiman Zeynalov isə avtomobilin sazlığını yoxlamaq üçün maşında qalıb.

Şahmar Məhərrəmov iddia edir ki, Asiman Zeynalova sonradan zəng etdikdə yalnız bir cavab alıb. "Bağışla, səhv eləmişəm, maşını sələmçiyə verdim."

Şahmar Məhərrəmovun sözlərinə görə, avtomobilini oğurlayan şəxs heç bir sənədi olmasa da, avtomobili idarə edir. Həmin vaxtdan bu günə qədər də Şahmar Məhərrəmov avtomobilini axtarır.

Zərərçəkən avtomobil oğurlanan gün polisə müraciət edib. Əvvəl məsələyə Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsində baxılsa da, sonradan iş Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinə göndərilib. Məsələylə bağlı 27-ci polis bölməsindən bildirilib ki, hazırda məsələ araşdırılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 501 11.03.19 23:59