"İran rəsmiləri mənə ömürlük qadağa qoydu" - Namiq (VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:29 “Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək” - Cümüyə 18 il həbs verildi  |     18:22 Bakının bir rayonunda qaz kəsiləcək  |     18:09 Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”  |     17:59 Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO  |     17:55 Erməni deputat: “Tavuş və Qazax arasındakı ərazidə sərhədin demarkasiyası texniki cəhətdən başa çatıb”  |     17:44 Bəzi tikinti materialları BAHALAŞACAQ  |     17:33 Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO  |     17:12 Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq  |     17:04 Bakıda qıza görə dava: yeniyetmə bıçaqlandı  |     16:58 Geyiminə görə mağazadan qovuldu - Bakıda qəribə hadisə (VİDEO)  |     16:38 Təcili tibbi yardım əməkdaşlarına xəsarət yetirən şəxsə hökm oxundu  |     16:13 Bəstəkarın qızı: “Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam”  |     16:00 Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?  |     15:43 Yasamalda tikili və obyektlərin fasadlarında alkopanların söküntüsünə başlanıldı (VİDEO)  |     15:42 Şirkət rəhbərinin ölkədən çıxışına "stop" qoyulur  |     15:29 İlham Əliyev Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılmasından DANIŞDI  |     15:26 Bakıda dördaylıq körpənin pəncərədən düşərək ölməsi ilə bağlı TƏFƏRRÜAT  |     15:12 Şoyqu “Crocus”da törədilən terror aktının təfərrüatını açıqlayıb  |     14:00 Bakıda körpə pəncərədən düşərək ölüb  |     13:56 Sabah bəzi yerlərdə 32 dərəcə isti olacaq - HAVA PROQNOZU  |    

"İran rəsmiləri mənə ömürlük qadağa qoydu" - Namiq (VİDEO)

Meyxanaçı Namiq Qaraçuxurlu vaxtı ilə İranda ona qadağa qoyulduğunu açıqlayıb.


İfaçı İrandakı konsertindən qısa görüntü paylaşaraq başına gələn maraqlı əhvalatdan söz açaraq Zəncanda qadağalarla üzləşdiyini qeyd edib:

"2003-cü il, Zəncan şəhərində stadion konsertinin ikinci günü. Xatırlayırsınızsa, birinci günün görüntüsünü paylaşmışdım. Konsertin ilk günündə insan izdihamını, qarışıqlığı görən İran rəsmiləri mənə oteldən çıxmaq qadağası qoydular. İkinci konserti isə ləğv etmək qərarına gəldilər. Oteldən çıxmaq qadağasıyla razılaşsaq da, konsertin ləğvini heç cur qəbul etmədik. Uzun sürən müzakirə və mübahisələrdən sonra sağ olsunlar bizi başa düşdülər və konsertə icazə verdilər, yalnız bir şərtlə: Ən xırda hərəkət belə baş versə, dərhal səhnəni tərk edəcəm.

Nəzərə alsaq ki, İran adət və ya qanununa görə səhnədə hətta qol qaldırıb rəqs etmək də qəbahət sayılır. Demək bizim adi saydığımız ən bəsit bir şey orada təhlükə kimi görünə bilər. Xülasə, ikinci gün konsertinə məhdud sayda insan buraxılsa da, bir neçə dəfə tamaşaçıyla ünsiyyətə görə xəbərdarlıq aldıq və gördüyunuz görüntüdə konsertin sonu gəldi. Sonra isə mənə oralara getmək qadağası ömürlük qoyuldu. İllər sonra, yəni yaxın keçmişdə bu qadağanı ləğv edənlərə dərin təşəkkürümü bildirirəm. Son Tehran konsertində isə qadağaların nisbətən azaldığının şahidi oldum".
//Baku.ws


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 513 28.02.19 13:11