Kollegiya sədri: "Bölgələrdə vəkillərin sayı artırılmalıdır" » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Bu ölkədə şahmat qadağan edildi  |     22:50 Temperatur 4-6 dərəcə aşağı enəcək – XƏBƏRDARLIQ  |     22:45 1 manat 18 qəpiyə gələn meyvə bizə 5 manata satılır  |     22:38 Yaponlar indi də çamurdan ət hazırlayacaq  |     22:29 Dünyada bu ilin ən populyar avtomobili AÇIQLANDI  |     22:24 Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ  |     22:18 Nadir brilyant hərraca çıxarılacaq  |     22:13 Əcnəbilər ƏDV-ni geri ala bilərlərmi?  |     22:05 Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır  |     22:00 Liftlərdə güzgü niyə olur? - Cavab düşündüyünüz qədər sadə deyil!  |     21:54 Qeyri-adi təbiət hadisəsi: Bostona yağan qırmızı qarın arxasındakı qaranlıq həqiqət  |     21:45 PFL prezidentinin əməliyyatı təxirə salınıb, bərpa prosesi davam etdiriləcək  |     21:40 MN-in milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi əmlakları ilə bağlı şikayət etdi  |     21:32 Yasamalda qəbirlər başqalarının dəfni üçün təklif edilir? - VİDEO  |     21:26 Dahilər daha çox hansı ailələrdə böyüyür? - Alimlərdən təəccübləndirən araşdırma  |     21:19 9,3 milyon mənimsəmədə ittiham olunan polkovnik-leytenant əmlaklarını geri istəyir  |     21:14 Ən bahalı 10 azərbaycanlı futbolçu (SİYAHI)  |     21:05 Çindən Azərbaycana idxal edilən kürülər bazarda neçəyə satılır? - VİDEO  |     20:59 Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb  |     20:51 Türkiyə Superliqası klubu baş məşqçisi ilə yolları ayırıb  |    

Kollegiya sədri: "Bölgələrdə vəkillərin sayı artırılmalıdır"

Azərbaycanın bölgələrində vəkillərin sayı olduqca azdır.

Median.Az
xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının İdarə Heyətinin sədri Anar Bağırov deyib.

A.Bağırovun sözlərinə görə, bölgələrdə vəkil qurumları da azdır:

"Son bir il ərzində Azərbaycanda vəkillərin sayı xeyli artsa da, bölgələrdə bu proses çox zəifdir. Vəkillər kollegiyası 2004-cü ildə təsis edilib. Həmin vaxt ölkədə 300-dən bir az artıq vəkil fəaliyyət göstərirdi. 2018-ci ilə qədər ölkədə 934 nəfər vəkil var idi. Keçən il daha 600 nəfərdən artıq vəkil kollegiyaya qəbul edilib. Regionlarda da vəkillərin sayı iki dəfəyə qədər artıb. Amma bu yenə də azdır. Biz kollegiya olaraq heç kəsi məcbur rayona göndərə bilmərik. Bu, yalnız stimullaşdırıcı tədbirlərlə ola bilər. Biz bununla bağlı "Asan Xidmət"lə memorandum imzalamışıq. Memoranduma əsasən, regionlarda fəaliyyət göstərən "Asan Xidmət" mərkəzlərində vəkil büroları yaradılır. Artıq həmin bürolar fəaliyyətə başlayıblar. Bu çox uğurlu layihədir və nəticə də verir. "Asan Xidmət" mərkəzləri vəkillər üçün bütün şəraiti yaradırlar".

Kollegiya sədri bildirib ki, bununla yanaşı, ötən il regionda 11 vəkil qurumu təsis edilib:

"Məqsədimiz odur ki, hər bir şəhər və rayonda vəkil qurumu olmalıdır. Elə rayon var ki, orada bir neçə vəkil fərdi fəaliyyət göstərir. Amma biz istəyirik ki, həmin vəkillər birləşib bir büroda fəaliyyət göstərsinlər".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 370 12.02.19 20:19