Dövlətə xəyanətdə şübhəli bilinən şəxs saxlanıldı - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:49 Salam Sarvan yenidən xəstəxanaya yerləşdirilib: Əməliyyat olunacaq  |     17:36 Məhkəmə Abel Məhərrəmovun oğlu ilə bağlı QƏRAR VERDİ  |     17:15 Keşiş Baqrat - erməni müxalifətinin fiaskosunun simvolu - VİDEO  |     16:59 Azərbaycanda akademiyanın adı dəyişdirilir  |     16:47 Nikol Paşinyan: “Azərbaycanla sülh sazişinin imzalanmasının vaxtı çatıb”  |     16:27 Bakıda sürət yarışı keçirən sürücülər cəzalandırıldılar  |     16:14 Şəkil paylaşdığı üçün 11 il həbs cəzası aldı  |     16:11 Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı: “Günahım yoxdur” - VİDEO  |     16:09 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA  |     15:50 Rəşad Dağlı əfv olunacaq? - Vəkildən AÇIQLAMA  |     15:46 Çin Xalq Siyasi Məşvərət Şurasının nümayəndə heyəti ulu öndərin məzarını ziyarət edib  |     15:27 Türkmənistan qazının Azərbaycan vasitəsilə Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub  |     15:25 "TikTok" axtarış funksiyası üçün süni intellekti sınaqdan keçirir  |     15:24 Naxçıvanda yağış suları sinif otaqlarına doldu - VİDEO  |     15:23 Balakəndə qanunsuz tikili sökülüb - VİDEO  |     15:01 Ermənistan və İran Araz çayı üzərində ikinci körpünü tikməyə hazırlaşır  |     15:00 Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər  |     14:59 Bloqer və influenserlərə XƏBƏRDARLIQ: Cərimə olunacaqlar  |     14:56 Xəstəxanaya yerləşdirilən aktyorun son durumu AÇIQLANDI - FOTO  |     14:52 Qarabağda separatçıların “rəhbəri” olmuş Arkadi Qukasyanın həbs müddəti uzadılıb  |    

Dövlətə xəyanətdə şübhəli bilinən şəxs saxlanıldı - FOTO

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) davam edən istintaq-əməliyyat tədbirləri zamanı Azərbaycan vətəndaşı, Mingəçevir şəhər sakini Ələkbərov Anar Vaqif oğlu dövlətə xəyanət cinayətində şübhəli şəxs qismində saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən verilən məlumata görə, müəyyən olunub ki, Anar Ələkbərov 2016-cı ilin mart ayında xarici ölkə ərazisində xarici xüsusi xidmət orqanları nümayəndələri tərəfindən maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib.

Həmin şəxslər Anar Ələkbərova xaricdə ticarət əlaqələri olan bəzi Azərbaycan Respublikası vətəndaşları barədə məlumat toplayıb, onları müxtəlif işgüzar münasibətlər zəminində xarici xüsusi xidmət orqanlarının əlaqəsinə cəlb etmək, Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşları və Azərbaycanda fəaliyyət göstərən konkret ölkələrin səfirliklərinin nümayəndələri, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsi haqqında məlumat toplamaq barədə tapşırıqlar verib. Anar Ələkbərov ötən müddət ərzində bu tapşırıqların yerinə yetirilməsi istiqamətində konkret işlər görüb.

Araşdırmalar zamanı Anar Ələkbərovun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq topladığı və gizliliyinin qorunduğunu güman etdiyi mobil internet təminatından istifadə etməklə xarici xüsusi xidmət orqanlarına ötürdüyü məlumatlar əldə edilib, iş üzrə digər çoxsaylı dəlillər toplanılıb, o, cinayət əməllərini etiraf edərək, təfərrüatları barədə ətraflı məlumatlar verib.

Anar Ələkbərov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            9 061 11.02.19 11:38