Azərbaycanlı hərbçiylə bağlı məsələ böyüyür: Gürcü ombudsman işə qarışdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:00 Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?  |     15:43 Yasamalda tikili və obyektlərin fasadlarında alkopanların söküntüsünə başlanıldı (VİDEO)  |     15:42 Şirkət rəhbərinin ölkədən çıxışına "stop" qoyulur  |     15:29 İlham Əliyev Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılmasından DANIŞDI  |     15:26 Bakıda dördaylıq körpənin pəncərədən düşərək ölməsi ilə bağlı TƏFƏRRÜAT  |     15:12 Şoyqu “Crocus”da törədilən terror aktının təfərrüatını açıqlayıb  |     14:00 Bakıda körpə pəncərədən düşərək ölüb  |     13:56 Sabah bəzi yerlərdə 32 dərəcə isti olacaq - HAVA PROQNOZU  |     13:52 Xəzər dənizində dalğalar onlarla suiti cəsədini Qazaxıstan sahillərinə atıb  |     13:47 Həkimlərin əməliyyat görüntülərini paylaşması nə dərəcədə DÜZGÜNDÜR?  |     13:11 Bərdədə canavarlar fərdi təsərrüfata hücum edərək xırdabuynuzlu heyvanları parçalayıblar  |     13:02 Almaniya kansleri: “Bakıda noyabrda keçiriləcək COP29 uğurlu olacaq” - YENİLƏNİB  |     12:50 Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkarlanıb  |     12:46 Dünya bazarında neft qiymətləri artıb  |     12:43 Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - YENİLƏNİB (VİDEO)  |     12:40 Avropa çempionatı: Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulacaq  |     12:39 Bakıda evdə meyit tapılıb  |     12:36 Polisin “saxla” əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO  |     12:35 Yunanıstan Ukraynaya silah verməyəcəyini bəyan edib  |     12:34 Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var  |    

Azərbaycanlı hərbçiylə bağlı məsələ böyüyür: Gürcü ombudsman işə qarışdı

Xəbər verdiyimiz kimi, Gürcüstanın Krtsanisi təlim mərkəzində baş vermiş insident nəticəsində 20 yaşlı azərbaycanlı çağırışçı Elcan Əfəndiyev klinikaya yerləşdirilib.

"Qafqazinfo” Gürcüstan mediasına istinadən xəbər verir ki, hadisəni Gürcüstanın ombudsman aparatı nəzarətə götürüb. Bu barədə ombudsman Nino Lomcariya jurnalistlərə açıqlamasında özü bildirib.

"Krtsanisi təlim mərkəzində yeni çağırışçılar arasında mübahisə olub. Emosional fonda yaranmış mübahisə zamanı əsgərlərdən birinin səhhəti pisləşib və klinikaya yerləşdirilib. Onun hər hansı fiziki zədəsi yoxdur”, - deyə Müdafiə Nazirliyinin bəyanatında bildirilir.

Əfəndiyev özü və valideynləri isə bunun əksini söyləyir. Elcanın atası Elbrus Əfəndiyev "Rustavi 2” kanalına müsahibəsində oğlunun bir neçə şəxs tərəfindən döyüldüyünü deyib:

"Oğlum təxminən 3 gündür Krtsanisi təlim mərkəzində xidmət edirdi. Davadan sonra o özü mənimlə əlaqə saxlayıb dedi ki, onu xəstəxanaya aparırlar. Oğlum bildirdi ki, onu başqa otağa aparıblar və bir neçə şəxs tərəfindən döyülüb. O, başından travma alıb”.

İnsident, həmçinin, Gürcüstanın Müdafiə Nazirliyinin hərbi polisinin nəzarətinə götürülüb. Nino Lomcariya hadisə ilə bağlı zərərçəkənlərə baş çəkməyə hazır olduqlarını qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 043 07.02.19 22:08