Şəmkirdə uşaq bağçasını qarət edən şəxs tutuldu - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Şəmkirdə uşaq bağçasını qarət edən şəxs tutuldu - VİDEO

Şəmkirdə körpələr evi-uşaq bağçası qarət edilib.

Oxu.Az-ın verdiyi məlumata görə, hadisə rayonun Aşağı Seyfəli kəndində baş verib.

Gecə saatlarında qapını sındırıb içəri daxil olan şəxs əvvəlcə mətbəxdən qab-qacaq, sonra isə bağça müdirinin otağından kompüter dəsti və digər qiymətli əşyaları oğurlayıb. “Qəhrəman” körpələrin yataq otağını da altı-üst edib.

Hadisədən sonra müəssisə rəhbərliyi Şəmkir polisinə məlumat verib. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və polis əməkdaşları bağçanın Aşağı Seyfəli kənd sakini, 34 yaşlı Mahir Qurbanov tərəfindən qarət olunduğunu müəyyən ediblər.

M. Qurbanovun oğurladığı əşyalar yaşadığı evdə aşkarlanaraq maddi sübut kimi götürülüb. O, ifadəsində hadisə vaxtı sərxoş olduğunu və törətdiyi əməldən peşmanlıq keçirdiyini deyib.

İstintaqın yekununda tərbiyə müəssisəsinin əmlakına gözə dikən şəxsin əməlinə hüquqi qiymət veriləcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            904 07.02.19 20:57