Avro-2020-də Bakıya gələcək yığmalar harada məşq edəcəklər? » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |     13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |     12:08 Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu  |     12:06 Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı  |     12:03 Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - DOSYE (FOTO)  |     12:00 Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT  |     11:59 Hindistan yükləri Azərbaycan ərazisindən istifadə edərək daşıyacaq  |     11:58 Bakıda sahibsiz itlərin hücumuna məruz qalan yeniyetmənin vəziyyəti AÇIQLANDI  |    

Avro-2020-də Bakıya gələcək yığmalar harada məşq edəcəklər?

UEFA futbol üzrə Avro-2020-də 24 futbol komandasının harada məşq edəcəyi və harada məskunlaşacağına dair siyahı tərtib edib.

Median.Az
xəbər verir ki, Bakı da daxil olmaqla ilk dəfə Avropanın 12 şəhərində keçiriləcək qitə birinciliyinin məşq stadionları arasında "Bakcell Arena”, "Dalğa Arena” və Tofiq Bəhramov adına Respublika Stadionu olacaq.

"Fairmont”, "Bilgah Beach” və "Excelsior” hotelləri isə qonaq komandaların Bakıda məskunlaşacağı məkanlar kimi müəyyənləşdirilib.

UEFA-nın əməkdaşları bu siyahını müəyyənləşdirmək üçün Avropanın 12 şəhərinin 150-dən çox hotel və 100-dən çox təlim-məşq bazalarında olub. Hotel seçimində obyektlərin mərkəzdə olması, həmçinin kurort üslublu olması əsas götürülüb.

Bununla belə, Avro-2020-nin iştirakçı milli komandalarını təmsil edən federasiyalar özləri baza və hotelləri kataloqdan kənar seçmək hüququna da malikdir. Hətta komandalar Avro-2020-nin keçirilməyəcəyi qonşu ölkələrdə də məskunlaşa bilər.

Qeyd edək ki, gələn il iyunun 12-dən iyulun 12-dək keçiriləcək Avropa çempionatı Hollandiyanın Amsterdam, İspaniyanın Bilbao, Rumıniyanın Buxarest, Danimarkanın Kopenhagen, İrlandiyanın Dublin, Şotlandiyanın Qlazqo, İngiltərənin London, Almaniyanın Münhen, İtaliyanın Roma və Rusiyanın Sankt-Peterburq şəhərlərində baş tutacaq.

Bakıda üç qrup (13, 17 və 21 iyun) və bir 1/4 final (4 iyul) mərhələsinin matçı təşkil olunacaq.

Paytaxtımız və Romada A qrupunun oyunları keçiriləcək. İtaliya millisi final mərhələsinə vəsiqə qazanacağı halda, matçlarından biri Bakı Olimpiya Stadionunda olacaq.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 054 01.02.19 20:24