Goranboy xəstəxanasında 25 yaşlı qız öldü » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Goranboy xəstəxanasında 25 yaşlı qız öldü

Goranboy rayonunda xəstəxanada 25 yaşlı qız ölüb.

Bu barədə oxu.az-a rayon xəstəxanasının baş həkimi Rüstəm Budaqov məlumat verib.

Həkimin sözlərinə görə, hadisə yanvar ayının 29-da saat 18:00-da baş verib:

“Goranboy sakini, 1993-cü il təvəllüdlü Elnarə Rzayeva xəstəxanaya yanvar ayının 29-da, saat 16:45 radələrində daxil olub. Pasiyent xəstəxanaya son dərəcə ağır vəziyyətdə müraciət edib. Ağzından al qırmızı qan gəlirdi, xırıltılı nəfəs alırdı, güclü öskürək vardı.

Həyat yoldaşı xanımın son günlər güclü öskürdüyünü və ağciyərindən şikayətləri olduğunu dedi. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Xəstə 18:00-da vəfat edib. Məsələ ilə bağlı birbaşa prokurorluğa məlumat vermişəm, ölüm səbəbinin tam dəqiqləşdirilməsi üçün meyit ekspertizaya göndərilib.

Baxmayaraq ki, xəstənin ağzından al qırmızı qanın gəlməsi ağciyər patalogiyasının ilkin simptomlarına daxildir, yenə də Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin çıxaracağı nəticəyə əsasən, yekun olaraq ölümün hansı səbəbdən baş verdiyini demək mümkündür”.

Həkimin sözlərinə görə, E.Rzayevanın atasının vərəm xəstəliyindən dünyasını dəyişdiyi bildirilir.

Faktla bağlı ekspertizalar təyin olunub, istintaq başladılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 680 30.01.19 14:10