Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Tolik efirə Ermənistanın gerbi əks olunan paltarda çıxdı - ŞOK İDDİA (FOTO + VİDEO)

28.01.2019 18:57 6 803
Tolik efirə Ermənistanın gerbi əks olunan paltarda çıxdı - ŞOK İDDİA (FOTO + VİDEO)
Məşhur prodüser Tarix Əliyevin (Tolik) "Hər şey daxil"in efirinə geyindiyi paltarla bağlı verilişinin tamaşaçıları ilginc iddialar irəli sürüblər.

Prodüserin qara rəngli "cemper"inin üstündəki gerbin Ermənistana məxsus olduğunu iddia edən tamaşaçılar, Tolikin verilişdən sözügedən görüntülərini Milli.Az-ın redaksiyasına göndəriblər.

Məsələ ilə bağlı Toliklə əlaqə saxlayıb, iddialara cavab almaq qərarına gəldik.

Aparıcı-prodüser tamaşaçıların iddialarını əsassız adlandırıb:

"Ay qardaş, "Zara"da satırlar. Köynəyə yaxından baxsınlar, görün onun gerblə əlaqəsi var ya yox! Mən bunu Gənclikdən almışam. Mənə nə var orada haranın gerbi var. Tamaşaçılar nə deyirlər, deyirlər mən erməniyəm? Mən heç bir mövqe bildirməyəcəm. O gerbə baxın, bir də mənim köynəyimin üstündəki gerbə. Bunu "Zara" satır. İllərdir Azərbaycanda fəaliyyət göstərir. Bu, "Zara" markasıdır. Mənə nə aidiyyatı var onun üstündə nə var nə yox. Mən bunu Ermənistandan almamışam ki, deyələr Ermənistanındır, ya da bunu mənə kimsə verməyib.

Bu "Zara"nın satdığı köynəkdir, alıb geyinmişəm. Heç fikir də verməmişəm, ehtiyac da görmürəm fikir verməyə. İstəyir üstündə Mozambikin gerbi olsun, mən nə bilim. O gerbin altında sünbüldür, tərəzidir. Bu bir, ikincisi, gerbdə şirdi, mənimkinin üstündə pələngdir. Qanadı yoxdur, orada qanad da var. Bu birində qartaldır, məndə qartal deyil. Bu "Zara"nın satdığı köynəkdir. Mənim satdığım köynək deyil ki!".

Tolik sonra sözlərini təsdiq etmək üçün paltarı aldığı mağazanın loqosu əks olunan fotosunu göndərib:




Son xəbərlər