Mojo.az Banner
22:45 Tofiq Musayevə yüksək vəzifə verildi  |     22:03 Ermənistanda azərbaycandilli kanal bağlandı (Video)  |     21:42 Astarada anasını döyən oğul həbs olundu  |     21:35 Tulin Ələkbərova həbs edildi  |     21:11 Beyləqanda ağır qəza - 1 nəfər öldü, 2 nəfər yaralandı  |     20:57 Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?  |     20:47 Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? (VİDEO)  |     20:14 Bakıda təmir zamanı tarixi abidəyə zərər vuruldu, yağış suyu evlərə doldu  |     19:49 "Qarabağ" - "Ayaks" oyunu İTV-də yayımlanacaq  |     19:42 Gecəyarı evə girib qadını öpdü, süpürgə ilə döyüldü, elektron qolbaq taxıldı  |     18:22 Restoranlarda müştəriləri soymağın yeni üsulu: İstədikləri qədər haqq tələb edirlər  |     18:05 Tarixi qaranlıq yaxınlaşır: Dünya bunu 6 dəqiqə izləyə biləcək  |     17:54 Mərkəzi Banka yeni səlahiyyət verildi  |     17:53 Yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     17:38 Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI (FOTO)  |     17:26 Oğurladığı mopedi 485 manata satan şəxs ƏLƏ KEÇDİ  |     17:20 Hikmət Hacıyev və Armen Qriqoryan Doha forumu çərçivəsində bir araya gəldilər (FOTO)  |     17:16 Türkiyədə saxlanılan tanınmış televiziya aparıcılarından ikisi azadlığa buraxılıb  |     17:14 Bakıda avtomobildən 6500 manat oğurlayan şəxsi polis saxladı  |     17:12 Leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ  |    
Left Banner
Right Banner

Alternativ dərsliklər olmalıdırmı? - RƏY

28.01.2019 12:08 3 115
Alternativ dərsliklər olmalıdırmı? - RƏY
Millət vəkili Sona Əliyeva orta məktəblərdə alternativ dərsliklərin olmasının tərəfdarıdır.

Deputat bu məsələdə bəzi həmkarları ilə razılışmır.

O hesab edir ki, orta məktəblərdə alternativ dərsliklərdən istifadə oluna bilər və olunmalıdır.

“Mənim şəxsi fikrim və qənaətim belədir ki, alternativ dərsliklər mütləq olmalıdır. Düzdür, bəzən belə fikirlər səslənir ki, alternativ dərsliklər keyfiyyətli hazırlanmır, özfəaliyyət səviyyəsindədir, xeyli problemlər var.

Burada həqiqət var, amma bununla belə, alternativ dərsliklər olmalıdır. Bu məsələyə qadağa qoymaq olmaz.

Hesab edirəm ki, bu məsələ hazırda müzakirələrdə olan və ikinci oxunuşa tövsiyə edilən “Ümumi təhsil haqqında” qanun layihəsində də öz əksini hansısa formada tapmalıdır”, - deyə millət vəkili əlavə edib.

Qeyd edək ki, Milli Məclisin (MM) Elm və təhsil komitəsinin parlamentin qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı bu günlərdə keçirilən iclasında adıçəkilən komitənin sədr müavini, professor Bəxtiyar Əliyev və millət vəkili Kamilə Əliyeva alternativ dərsliklərlə bağlı mənfi fikir sərgiləmişdilər.
//oxu.azскачать dle 11.3