Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:40 Tramp ilə ilk dəfə onlarla üçtərəfli görüş keçirəcək | 18:32 Bazar gününə olan hava proqnozu | 18:27 Axtarışda olan 156 nəfər saxlanılıb | 18:20 BMW 720 mindən çox avtomobili geri çağırır | 18:14 Zelenskidən Ukraynanın neytral statusu ilə bağlı bəyanat | 17:56 Saatlıq minimum əməkhaqqı tətbiq ediləcək - Maaşlar artacaq | 17:55 Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb | 17:48 Almaniyada əyləncə parkında çox sayda insan zəhərləndi | 17:42 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edildi | 17:20 Abşeronda tanışını öldürən şəxsə hökm oxundu | 17:09 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb | 17:02 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər | 16:49 Avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb | 16:44 Yeni Suraxanıda kanalizasiya suyu dənizə axıdılır - VİDEO | 16:43 Körfəzi ölkələri İrandan təzminat istədilər | 15:25 Naxçıvanda ölümlə nəticələnən qəza zamanı maşında olan deputat kimdir? | 15:24 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş | 15:08 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı | 14:52 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi | 14:46 Alyona Əliyeva Ukrayna və Özbəkistanın milli pavilyonlarını ziyarət edib - FOTO |
Mojo.az Avto
Mojo.az Avto

Noyabrda Bakı və Abşeronda havanın temperaturu normadan 7 dərəcəyədək yuxarı olub

01.12.2025 20:16 447
Noyabrda Bakı və Abşeronda havanın temperaturu normadan 7 dərəcəyədək yuxarı olub
Bu ilin noyabrında havanın temperaturu Bakı və Abşeron yarımadasında iqlim norması ilə müqayisədə 28 gün normadan yuxarı (1.4-7.4 dərəcə), 2 gün isə normadan aşağı (0.2-0.9 dərəcə) olub.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.

Onun sözlərinə görə, 2025-ci ilin noyabr ayı sabit, mülayim hava şəraiti ilə fərqlənib:

"Noyabr ayının orta aylıq temperaturu 15.1 dərəcə isti olub. Bu da iqlim normasından 4.1 dərəcə yuxarıdır".

N.Mahmudov bildirib ki, noyabrda havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında noyabrın 1-i müsbət 22.5 dərəcəyə, bölgələrdə isə noyabrın 24-ü müsbət 27.6 dərəcəyə qədər yüksəlib:

"Havanın minimal temperaturu isə Bakıda və Abşeron yarımadasında noyabrın 22-də 8.8 dərəcə isti, bölgələrdə isə noyabrın 30-da 7 dərəcə şaxta (Sədərək) qeydə alınıb".

Xidmət rəisi həmçinin vurğulayıb ki, ay ərzində hava şəraiti mülayim, əsasən yağmursuz keçib, lakin ayın birinci ongünlüyündə fasilələrlə yağış yağıb, şimşək çaxıb:

"Ayrı-ayrı yerlərdə leysan xarakterli olub, yüksək dağlıq ərazilərə isə qar yağıb (Kəlbəcər, Laçın, Qubadlı, Murovdağ yüksəkliyi, Şahbuzun dağlıq əraziləri)".

N.Mahmudov eyni zamanda qeyd edib ki, yağıntılar bütün ölkə ərazisində normadan az olub:

"Bölgələr üzrə 11 gün yağıntılı hava şəraiti müşahidə olunub. Ən çox yağıntı bölgələr üzrə aylıq normanın 17 faizi olmaqla Lənkəran-Astara zonasına (Astara 27 mm), aylıq normanın 35 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı 10.3 mm) düşüb".

Son xəbərlər