Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan və BƏƏ əməkdaşlığın 5 əsas istiqamətində alt komitələr yaradacaq

01.12.2025 20:28 834
Azərbaycan və BƏƏ əməkdaşlığın 5 əsas istiqamətində alt komitələr yaradacaq
Azərbaycan və BƏƏ beş əsas sektor üzrə alt komitələrin yaradılması barədə razılığa gəlib.

Bu barədə BƏƏ XİN-in Azərbaycan və BƏƏ arasında Hərtərəfli Strateji Tərəfdaşlıq üzrə Əməkdaşlıq Komitəsinin noyabrın 28-də Əbu-Dabidə keçirilən birinci iclasının yekununa dair yaydığı bəyanatda qeyd olunur.

Məlumata görə, alt komitələr siyasət və diplomatiya, iqtisadi əməkdaşlıq, müdafiə və hüquq-mühafizə fəaliyyəti, humanitar əməkdaşlıq (təhsil, mədəniyyət və qabaqcıl texnologiyalar), həmçinin enerji əməkdaşlığı və davamlı inkişaf sahələrini əhatə edir.

BƏƏ XİN qeyd edib ki, Strateji Komitənin toplanması ikitərəfli tərəfdaşlığın dərinliyini və ümumi strateji baxışı vurğulayıb və Bakı ilə Əbu-Dabinin prioritet istiqamətlərdə ixtisaslaşmış institusional platforma vasitəsilə qarşılıqlı fəaliyyəti gücləndirmək əzmini təsdiqləyib.

İclasa BƏƏ-nin dövlət naziri Səid Əl Həcəri və Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev sədrlik edib. Görüşdə hər iki ölkənin dövlət qurumlarının yüksək vəzifəli nümayəndələri iştirak ediblər.

Səid Əl Həcərinin sözlərinə görə, bu cür görüşlər iki dövlət arasında sürətlə inkişaf edən əlaqələri əks etdirir və qarşılıqlı maraq dairəsinə daxil olan sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm addımdır.

Görüş zamanı tərəflər beşillik yol xəritəsinin həyata keçirilməsi mexanizmlərini müzakirə edib və bir sıra birgə prioritet layihələri nəzərdən keçiriblər.

İclasın yekunu üzrə komitənin növbəti görüşünün Bakıda keçirilməsi qərara alınıb, bu isə tərəflərin dialoqun daha da dərinləşdirilməsinə sadiqliyini vurğulayır.

Xatırladaq ki, komitə 2025-ci il sentyabrın 16-da imzalanmış Azərbaycan və BƏƏ arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməyə uyğun olaraq yaradılıb.//report

Son xəbərlər