İnsanlar niyə zərərli qidalara üz tutur və kökəlir? » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

İnsanlar niyə zərərli qidalara üz tutur və kökəlir?

Alimlər insanların nə üçün zərərli qidalara meyil saldığını və kökəldiyini müəyyən edib. Məlum olub ki, bunun dieta ilə o qədər də əlaqəsi yoxdur. Məsələ hər bir konkret fərdin DNT özəlliklərindədir.

Kembric Universitetinin tədqiqatçıları 14 minə yaxın insanın sağlamlığı ilə bağlı məlumatları araşdırıb.

Alimləri müəyyən edib ki, az çəkili insanların arıq qalması təkcə onların iradə baxımından güclü olmasını göstərmir, eyni zamanda, “arıqlığa” genetik təmayülünün olmasından irəli gəlir.

Minlərlə könüllü arasından tədqiqat qrupu aşağı bədən çəkisi indeksi olan 1600 nəfəri seçə bilib. Üstəlik, onların 40 faizi əmin edib ki, istənilən qədər yemək yemələrinə baxmayaraq, artıq çəki yığmırlar.

İkinci mərhələdə genetiklər arıq insanlardan biomateriallar toplayıb. Araşdırma prosesində məlum olub ki, bu qrupdan olan əksər insanlarda “arıqlıq geni” var. Bu gen maddələr mübadiləsi prosesinin sürətləndirilməsinə xidmət edir.

Genetiklər qeyd edirlər ki, maddələr mübadiləsinin sürətləndirilməsinə cavab verən genlərin sekvenləşdirilməsi gələcəkdə kökəlmə problemini tamamilə aradan qaldırmağa kömək ola bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 217 26.01.19 17:56