Efirdə ancaq fahişəliyə məcbur edilən qadınlar göstərilir - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |    

Efirdə ancaq fahişəliyə məcbur edilən qadınlar göstərilir - AÇIQLAMA

Məişət zorakılığı haqqında qanunu işlətmək hələ də çətindir.

Bunu Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Avropa Şurasının və Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə jurnalistlər üçün “Gender bərabərliyi və media azadlığı” mövzusunda təşkil olunan təlimdə bildirib.

Onun sözlərinə görə, Azərbaycan qəbul etdiyi qanunlarla idarə olunur:

“Gender bərabərliyi və Məişət zorakılığı haqqında qanunlar elə incə sənədlərdir ki, insana aid olsa da, insan onu dərk etmirsə, qanunları işlətmək çətin olur. 2010-cü ildə qəbul olunan qanunun hələ də işlənməsi üçün mexanizm axtarılır.

Məişət zorakılığı təkcə qadınlara aid deyil, cəmiyyətin müxtəlif zəif təbəqələrinə aid olan məsələdir. Bu istiqamətdə bir informasiyanı verən zaman düşünmək lazımdır. Bir qadın zorakılığa məruz qalırsa, efirdə onun üzünü göstərirlər. Amma onun aldığı psixoloji zərbəni kimsə düşünmür”.

Sədaqət Qəhrəmanova qeyd edib ki, insan alveri ilə bağlı müəyyən reydlər keçirilir və efirdə ancaq fahişəliyə məcbur edilən qadınlar göstərilir:

“Düşünmürlər ki, bunu efirə verilən zaman qardaşı, ailəsi görər və cinayət baş verə bilər. Niyə ancaq qadınları göstərirlər? Qadınları bu vəziyyətə salan kişilər niyə göstərilmir? Bəlkə, onlar barədə araşdırma aparılmalıdır ki, bu insanlar qadınları bu vəziyyətə niyə salırlar? Onların addımları nəticəsində qadınlar insan alverinin qurbanı olurlar. Bunlarla bağlı araşdırma aparılmalıdır. Bu məsələ ilə bağlı yeni təkliflər barədə addımlar atılacaq”.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            847 23.01.19 12:34