Dilənçilikdə YENİ METOD: Əlində resept - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:46 Qəzza üzrə təmas qrupu Səudiyyə Ərəbistanında toplaşacaq  |     18:29 “Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək” - Cümüyə 18 il həbs verildi  |     18:22 Bakının bir rayonunda qaz kəsiləcək  |     18:09 Ermənistan XİN: “İrəvan Bakıdan sülh müqaviləsi üzrə növbəti təklifləri alıb”  |     17:59 Sürücülük təlimçisi olmaq üçün hansı tələblər var? - VİDEO  |     17:55 Erməni deputat: “Tavuş və Qazax arasındakı ərazidə sərhədin demarkasiyası texniki cəhətdən başa çatıb”  |     17:44 Bəzi tikinti materialları BAHALAŞACAQ  |     17:33 Əhməd Əhmədovun qətlə yetirdiyi anasının yerinə yeni təyinat - FOTO  |     17:12 Sürücülərin NƏZƏRİNƏ: Bakının bir küçəsi iki gün bağlı olacaq  |     17:04 Bakıda qıza görə dava: yeniyetmə bıçaqlandı  |     16:58 Geyiminə görə mağazadan qovuldu - Bakıda qəribə hadisə (VİDEO)  |     16:38 Təcili tibbi yardım əməkdaşlarına xəsarət yetirən şəxsə hökm oxundu  |     16:13 Bəstəkarın qızı: “Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam”  |     16:00 Həbsdə olan generalın cinayət işi: Pulları kimə verib?  |     15:43 Yasamalda tikili və obyektlərin fasadlarında alkopanların söküntüsünə başlanıldı (VİDEO)  |     15:42 Şirkət rəhbərinin ölkədən çıxışına "stop" qoyulur  |     15:29 İlham Əliyev Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinin dayandırılmasından DANIŞDI  |     15:26 Bakıda dördaylıq körpənin pəncərədən düşərək ölməsi ilə bağlı TƏFƏRRÜAT  |     15:12 Şoyqu “Crocus”da törədilən terror aktının təfərrüatını açıqlayıb  |     14:00 Bakıda körpə pəncərədən düşərək ölüb  |    

Dilənçilikdə YENİ METOD: Əlində resept - VİDEO

Əlində dərman resepti ilə xəstəyəm deyən “dilənçilərə” insanların çox olduğu yerlərdə və avtomagistralların kənarında rast gəlmək olar. Əksər hallarda əlində həkim resepti olan belə insanlar özünün və ya ailə üzvünün ağır xəstəlikdən əziyyət çəkdiyini deyir. Bu yolla pul qazanmağa çalışırlar.

ARB TV-nin “Günə doğru” proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Sakin: “Bəziləri var ki, görürsən həqiqətən xəstədir. Mən ona həmişə pul verirəm. Ancaq görürəm ki, bəziləri özünü yalandan xəstəliyə qoyur. Ona mən pul vermirəm”.

Sakin: “Çoxusu dilənçi adı ilə baxırsan ki, səndən yaxşı yaşayır”.

Ekspertlərin sözlərinə görə, bu, insanların yeni dilənçilik metodu, bir növ fırıldaqdır. Çünki bəzi hallarda həmin şəxslər, əlindəki kağıza baxmaq, dərmanları almaq təkliflərinə etiraz edirlər, resepti gizlətməyə çalışırlar.

Əhməd Qəşəmoğlu – Sosioloq: “Bir qız uşağı özünü qoyur lallığa və yazır kağıza anama kömək edin. Anam ağır xəstədir. Avtobusda belə şeylər olur. Bir tərəfdə kimsə özünü vurub çolağlığa və o tərəfdən polis gələn durub qaçırlar”.

Psixoloqlar isə deyir ki, bu cür insanlar hətta müəyyən kurslara da cəlb olunur. Həmin kurslarda insanları aldadıb, pul yığmağın yolları öyrədilir.

İlhamə hüseyinli –Psixoloq: “Bu cür insanlara cəmiyətə özünü necə yazıqlatmaq lazım oldugunu öyrədirlər. Gözləri ilə necə problemli oldugunu göstərməyə çalışmağı öyrədirlər. Yəni bütün insanların bu dələduz adamların emosiyalarını jestlərlə bunların hamısı öyrədilir. Sonra bunlar düşür şəhərə və dilənməyə başlayırlar”.

Hətta iddialara görə, belə kurslarda bəzi psixoloqlardan da istifadə edirlər.

İlhamə hüseyinli –Psixoloq: “Bizim kolleqalarımızın da arasında belə insanlar var ki, yəni onlar da bunlara kömək edirlər. Təbii ki, ordan müxtəlif məbləğ alırlar”.

Ehtiyacı olmadığı halda dilənçilik edən, bu yolla insanların pulunu mənimsəyən şəxslər etdiyi əmələ görə məsuliyyət daşıyırlar.

Samir Qasımov – Vəkil: “Həmin vətəndaşlar xəbərdarlıq edilirlər. Əgər xəbərdarlıq kifayət deyilsə, artıq bu insan bir neçə dəfə yaxalanıbsa, hətta onu 10 günə qədər həbs edə bilərlər. Əgər bu işə yetkinlik yaşına çatmayanları cəlb edibsə, onda hətta 15 günə qədər həbs oluna bilər”.

Ekspertlər hesab edir ki, şəhərdə belə mənzərənin artması mənfi haldır. Tədbirlər görülməsi, dilənçilik kimi halların nəzarət altına alınması mütləqdir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 093 22.01.19 17:27