Valideynlərin bu hərəkətləri uşaqları dəhşətə SÜRÜKLƏYİR - Alimlərdən XƏBƏRDARLIQ » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |    

Valideynlərin bu hərəkətləri uşaqları dəhşətə SÜRÜKLƏYİR - Alimlərdən XƏBƏRDARLIQ

Aparılan psixoloji tədqiqatlar nəticəsində müəyyən olub ki, insan həyatında ən ağır travma valideynlərinin onu başqalarının yanında aşağılamasıdır.

Median.az
xəbər verir ki, alimlərin qənaətinə əsasən, beyin hər ağrı-acını sağalda və həzm edə bilər, yaşadığı hər bir hadisə ona təcrübə qazandırır. Amma həqarəti unuda və bağışlaya bilməz. Bu barədə tanınmış psixoloq Anna Kiryanova məlumat verib.

"Həqarət onunla fərqlənir ki, bu, cavabsız reaksiyadır. Cəmiyyət adətən cavab qaytara bilməyən gücsüz, dözmək və susmaq məcburiyyətində qalan insanları alçaldır. Sonra isə o insanlar ağlamağa və ya əksinə, axmaqcasına gülümsəməyə, öz-özünə danışmağa başlayır və günlərlə sinəsində ağrı hissi ilə gəzib dolaşır.

"Həyatda hər şey baş verir, oldu keçdi də... Hər kəsin gözü qarşısında alçaltdılar, döymədilər ki... Bir-birimizi alçaltdıq, qorxulu heç nə yoxdur" kimi sözlərlə özünüzə təsəlli verə bilərsiniz.

Dəhşətlisi odur ki, aşağılanan insanda daha sonra intihara meyillik və ya zehni pozğunluq meydana gələ bilər. Əgər o insanın psixikası möhkəmdirsə, onda bu qorxu ömür boyu onu tərk etməyəcək. Və şəxs aşağılandığını unutmaq üçün hər şeyi etməyə hazırdır, amma o anlar unudulmur. Çünki həqarət ən güclü və ağrılı psixotravmadır", - deyə psixoloq əlavə edib.

Mütəxəssis hesab edir ki, həqarətlə mübarizə aparmaq üçün yeganə yol isə cavab verməkdir:

"Rəhbər, tanışlar, tanımadığınız insanlar sizi aşağılaya və ya iş görüşməsində alçaldıcı suallar verə bilər. Xəstəxanda, mağazada və ya hər hansı qurumda aşağılana və buna dözmək məcburiyyətində qala bilərsiniz.

Həqarətlə mübarizə aparmaq üçün yeganə yol isə cavab verməkdir. Bu insanlardan asılı olsanız da, sakit və adekvat cavab verin. Çünki heç bir pul və münasibət həqarət travmasını kompensasiya etmir, o əbədi olaraq qalır. Ümumiyyətlə, insanlar adətən qarşısındakının ondan yüksəkdə dayandığını bildiyi üçün onu alçaltmaqla özünə olan güvəni və hörməti yüksəltməyə çalışır. Bu, yelləncəyə bənzəyir, biri qalxır, digəri isə aşağı düşür. Bir ayaqla itələmək və mövqeyini dəyişdirmək lazımdır, hər halda başqa yol yoxdur. Aşağılayıcı məktublar almaq iyrəncdir. Təhqirlərə qulaq asmaq qəbuledilməzdir.

Cavab verdiyiniz zaman qarşı tərəf sizinlə daha ehtiyatlı davranmağa başlayır, belə olan halda, heç bir təhqir yoxdur, bu hiylədir. Odur ki, uşaqları döymək və təhqir etmək lazım deyil".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 872 18.01.19 22:01