Sosial Sığınacaqda 41 nəfər var - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:33 Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Qazaxıstanda görüşü baş tuta bilər  |     11:18 Ukraynada sabiq nazir həbs edilib  |     22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |    

Sosial Sığınacaqda 41 nəfər var - AÇIQLAMA

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağında indi 41 nəfər var.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbovun sözlərinə görə, sığınacaqdakı şəxslərin 40-ı əvvəlcədən orada yerləşdiriliblər.

“Bu gecə, yanvar ayının 17-si, saat 01:30 radələrində özünü Abdullayev Rasim kimi təqdim edən 1957-ci il təvəllüdlü şəxsi Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları sığınacağa gətirib. Bilirsiniz ki, yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün 50 yerlik Sosial Sığınacaqda müasir tələblərə uyğun şərait mövcuddur. Burada tibbi müayinə və yataq otaqları, qəbul-qeydiyyat şöbəsi, stolüstü oyunlar, kompüter və təmiz inventar otaqları, kitabxana, yeməkxana, camaşırxana və s. fəaliyyət göstərir.

Sosial Sığınacağa qəbul edilmiş şəxslər burada sosial reabilitasiya yönümlü sosial xidmətlərə cəlb olunur, onların sosial-məişət və sosial-hüquqi xidmətlərlə təminatı istiqamətində sistemli işlər aparılır”.

Nazirlik rəsmisinin sözlərinə görə, Sosial Sığınacağın Nizamnaməsinə əsasən, daxili işlər orqanları, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr tərəfindən yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər müəyyən edilir və onların Sosial Sığınacağa qəbul edilməsi ilə bağlı DSMF-yə müraciət olunur:

“Müraciətə əsasən, şəxsin sosial xidmət müəssisəsinə yerləşdirilməsinə olan tələbatı qiymətləndirilir və onun müəssisəyə qəbul edilməsi, yaxud bundan imtina edilməsi barədə qərar qəbul olunur. Saxlanma müddəti başa çatmış şəxsin əlilliyi vardırsa və ya pensiya yaşına çatmış şəxsdirsə, o, öz arzusu ilə digər ixtisaslaşdırılmış sosial xidmət müəssisəsinə göndərilə bilər. Sosial Sığınacağı tərk edən şəxslərin məşğulluğuna kömək göstərilməsi işləri də aparılır”.//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            913 17.01.19 12:54