İcra başçısı: “Elə bələdiyyələr var ki, binasının qapısını hörümçək toru bağlayıb” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

İcra başçısı: “Elə bələdiyyələr var ki, binasının qapısını hörümçək toru bağlayıb”

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev bəzi bələdiyyələrin fəaliyyətini tənqid edib.

Median.Az
report-a istinadən xəbər verir ki, o, bələdiyyə sədrlərini fəaliyyətsizlikdə ittiham edib.

“Elə bələdiyyələr var ki, işçilərinin əyləşdiyi binanın qapısını hörümçək toru bağlayıb”, - İ.Mustafayev vurğulayıb.

İcra başçısı əlilliyə görə pensiya alanlarla da bağlı narahatlığını ifadə edib: “Necə ola bilər ki, 16 min nəfər pensiyaçının 7 min nəfəri əlilliyə görə pensiya alır. Görünür, bu işdə müəyyən neqativ məqamlar olub. Biz bütün bunlara qarşı hamılıqla mübarizə aparmalıyıq”.

“Xalq qəzeti”ndə yer alan məqaləyə görə, icra başçısı əlavə edib ki, sağlam ailələrin qayğısına qalmaq, boşanmaların qarşısını almağa çalışmaq lazımdır: “Təəssüf ki, bu sahədə Gədəbəy kimi bir dağ rayonunda statistika ürəkaçan deyil və bu bizi narahat etməlidir”.

Xatırladaq ki, Prezident İlham Əliyevin ötən ilin avqustun 28-də imzaladığı sərəncama əsasən, İbrahim Mustafayev Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 284 16.01.19 14:55