Anamın öldüyünü hamı bilsin: yas yerindən selfi - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

Anamın öldüyünü hamı bilsin: yas yerindən selfi - VİDEO

İnsanların gündəlik həyatlarında baş verənləri çəkib sosial şəbəkələrdə paylaşmaları artıq adi hala çevrilib.

Median.Az
-ın Xəzər TV-yə istinadən məlumatına görə, bu hal hətta o dərəcədə adiləşib ki, onlar yas yerlərindən belə şəkil və ya videolarını çəkib öz kədərlərini sosiallaşdırırlar.

Məsələn, Azərbaycanda yas yerindən selfi edərək sosial şəbəkələrdə paylaşıblar.

Vətəndaşlardan biri anasının yas yerindən selfi edib. O, “Qoy duysun hamı... Anamın öldüyünü hamı bilsin. Onu gəlib aparmaları üçün hazırlıq görürürəm”, - deyə selfi edərək paylaşıb.

Psixoloq Gülnar Orucovanın fikrincə, vətəndaş sözügedən videonu sosial şəbəkələrdə paylaşaraq insanların onun dərdinə ortaq olmalarını, onların diqqətini özünə çəkmək istəyir. Onun sözlərinə görə, bu kimi hallara daha çox özünü təsdiq edə bilməyən insanlarda rast gəlinir.

Psixoloq bildirir ki, həddindən artıq selfi çəkib paylaşmaq bir sıra xəstəliklərin əlamətləri ola bilər.

Gülnar Orucovanın sözlərinə görə, selfi xəstəliyinin hazırda müalicəsi yoxdur. Müalicə ancaq davranış terapiyası ilə ola bilər ki, o da müvəqqəti müalicə hesab olunur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            4 573 03.01.19 12:45