CNN: BTQ Bakı ilə Ankaranı birləşdirəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |     18:47 Sumqayıt sakini itkin düşüb  |     18:29 Nadirin səhhətində problem yarandı - AÇIQLAMA  |    

CNN: BTQ Bakı ilə Ankaranı birləşdirəcək

ABŞ-ın aparıcı xəbər telekanalı olan CNN səyahət haqqında təsəvvürləri dəyişə biləcək yeni dəmiryolu marşrutlarının siyahısına Bakı-Tbilisi-Qars dəmiryolu xəttini daxil edib.

Median.Az
xəbər verir ki, CNN telekanalının saytında dərc olunan məlumatda deyilir:

“Qatarla səyahət etməyi sevənlər üçün bu il yaxşı il oldu, müxtəlif iri şəhərləri birləşdirən və sərnişinlərə səyahət vaxtını əhəmiyyətli dərəcədə ixtisar edən yeni marşrutlar açılıb. Sərnişinləri təyyarə reyslərinə alternativə üstünlük verib-verməməsindən və ya sadəcə, sürətli səyahətə üstünlük verməsindən asılı olmayaraq, bu marşrutlarda səyahət üçün yeni imkanlar təklif olunur.

“513 mil (826 kilometr) uzanan və Azərbaycan və Gürcüstan paytaxtlarını Türkiyənin qədim şəhəri ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmiryolu xətti 2017-ci ildə açılıb. 2019-cu ildə isə BTQ-də yeni marşrut təqdim olunacaq. Sərnişinlər Bakıdan Ankara və İstanbula qatarla səyahət edə biləcək, qatarın hər iki ölkə ilə sərhəddə olan Gürcüstanda dayanmasına lüzum qalmayacaq. Bu Azərbaycan və Türkiyə arasında ilk birbaşa dəmiryolu marşrutu olacaq”, - deyə CNN-in materialında qeyd olunur.

Magistralda istismar olunacaq vaqonları istehsal edən “Ştadler” (Stadler Rail Management) adlı İsveçrə şirkətinin məlumatına əsasən, qatarlar bu marşrutla 160 km/saat-a qədər sürətlə hərəkət edəcək.

Hazırda bu istiqamətdə səyahət edən sərnişinlər iki paytaxt arasındakı yolu qət edənə qədər bir neçə dəfə dayanmaqla qatarda 40 saat vaxt keçirməli olur.

BTQ dəmiryolu xətti ilə yanaşı, telekanalın saytında Quançjou-Şençjen-Honkonq, Təl-Əviv-Qüds, Tanjir-Kasablanka, London-Amsterdam (Avrostar) kimi yeni marşrutlar barədə də məlumat verilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 652 12.12.18 11:36