Həbsxanada yatan azərbaycanlı məşhurlar: Onlar niyə həbsdə olub? - SİYAHI+FOTOLAR » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

Həbsxanada yatan azərbaycanlı məşhurlar: Onlar niyə həbsdə olub? - SİYAHI+FOTOLAR

Tanınmış prodüser Təranə Səmədova və stilist İntuşun həbs olunmasından sonra şou-biznes nümayəndələrinin həbs həyatı yenidən gündəmə gəlib. 
 

Təranə və İntuş İnsan Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılıb. Onlar qızları fahişələyi cəlb etməkdə günahlandırılır. 
 
Hər kəsə bəllidir ki, bir çox tanınmışın bir çoxlarının yolu həbsxanadan keçib. Onlardan bəziləri hazırda elə həbsdədir. 

Azxeber.com cinayət əməllərində hallanan, həbsxanaya düşən məşhurlarla bağlı araşdırma aparıb. 

Tanınmış idmançı Kamil Zeynallı 2 dəfə həbsdə olub: 

"Bir il türmədə olmuşam. Bir dava olmuşdu, mənə söyüş söyülmüşdü. Həmin söyüşə görə başım çevrilmiş, əsəbilərim korlanmışdı. İki dəfə başıma belə hadisə gəlib, həbsdə olmuşam”.

Həbsxanada yatan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR

Müğənni Maral Tahirqızının da yolu həbsxanadan keçib.

Gülməmmədova Maral Tahir qızı barəsində Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində başlanmış Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Hazırda azadlıqdadır.

Həbsxanada yatan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR

Məşhur meyxanaçı Mahir Cürət də həbsdə yatıb. 2016-cı ildə narkotik üstündə tutulan meyxanaçı artıq həbsdən çıxıb. Mahir Cürət Kürdəxanı qəsəbəsindəki Penitensiar Xidmətin 1 saylı istintaq təcridxanasında cəza çəkib. 
Həbsxanada yatan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR

Xanım müğənnimiz Fədayə Laçın da hazırda həbsxanadadır. Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.

Həbsxanada yatan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR

Növbəti sırada tanınmış müğənni-bəstəkar Tunar Rəhmanoğlu dayanır. Azəri Günelin qardaşı kimi də tanınan ifaçı 2013-ci ilin mayın 4-də həbs edilib. Səbəb isə Tunarın avtoşluq etməsi və polisin qanuni tələbinə məhəl qoymaması olub. O, 10 gün həbs yatıb.
 

Həbsxanada yatan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR

Müğənni Vüsal Əliyevin də yolu həbsxanadan keçib. O, Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə axtarışda olub. Bir müddət Moskvada yaşayan müğənni Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa cəlb edilib. 

Həbsxanada yatan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR
Azərbaycanı ilk dəfə "Eurovision-2008” mahnı müsabiqəsində təmsil edən müğənni Samir Cavadzadə də adı cinayətdə hallanan məşhurlardandır. O, dostu Elvin Hüseynovu bıçaqlaması faktı ilə əlaqədar saxlanılıb. Hadisə 2011-ci il sentyabrın 20-də baş verib.
Həbsxanada yatan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR

Reper Elşad Xose (Əliyev) də narkotikdən istifadə etdiyi üçün həbs olunanlardandır. O, 2010-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs edilib və bir müddət həbsxana həyatı yaşayıb.

Həbsxanada yatan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR

Rejissorlardan Aqil M.Quliyevə 2013-ci il aprelin 23-ü Xətai rayon Məhkəməsində keçirilən prosesdə 1 il 6 ay həbs cəzası verilib. Səbəb kimi, rejissorun Marianna Turabova adlı şəxsdən 150 min manat pul alması və pulu geri qaytarmadığı göstərilib.

Həbsxanada yatan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR

Gənc Tamaşaçılar Teatrının rejissoru Ağalar İdrisoğlu yolu həbsxanadan keçənlərdəndir. A.idrisoğlu Bakı Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi ilə başlanmış cinayət işi çərçivəsində həbs edilib. Onun barəsində istintaq müddəti üçün 2 ay həbs-qətimkan tədbiri seçilib. O, bir qrup şəxslə birgə şəbəkə biznesində təqsirləndirilib.

Həbsxanada yatan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLAR

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhman Rəhmanovun oğlu Emil Rəhmanov isə soyğunçuluqda günahlandırılıb. 2008-ci ilin yanvarında saxlanılaraq, barəsində Cinayət Məcəlləsinin soyğunçuluq (180. 2.2-ci ) maddəsi ilə cinayət işi oxunub. O, 6 il həbs cəzası alıb.
Həbsxanada yatan azərbaycanlı məşhurlar - SİYAHI+FOTOLARскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 621 02.11.18 15:42