Həftənin ilk iş gününün ulduz falı - 29 oktyabr » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:46 Ən xeyirxah BÜRCLƏR - Onlar hər zaman...  |     22:24 Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO  |     21:41 32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO  |     21:34 Kvaratsxeliya karyerasını PSJ-də davam etdirə bilər  |     21:26 Rusiyada sərnişin avtobusu çaya düşüb, iki nəfər ölüb, beşi yaralanıb  |     21:18 BMT Baş Assambleyası fələstinlilərin təşkilata üzv olmaq hüququnu tanıyan qətnamə qəbul etdi  |     20:44 Qazaxda təbii fəlakət fəsadlar törədib  |     20:42 Belarus Baş Qərargahının rəhbəri işdən çıxarıldı  |     20:14 Bakıda təhlükə saçan hotel: Balta ilə içəri girdi - VİDEO  |     20:03 Məktəbli qız 26 yaşlı kişiyə qoşulub qaçdı  |     19:51 “Liverpul” mövsüm sonunda oyunçusu ilə yolları ayıracaq  |     19:42 Leyla Əliyeva Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı paylaşım edib - VİDEO  |     19:30 Təhlükə mənbəyi olan “AMAY”la bağlı FHN-dən AÇIQLAMA  |     18:32 Bakıda beynəlxalq seysmoloji konfrans KEÇİRİLƏCƏK  |     18:10 Bakıda güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ  |     18:05 Azərbaycanda korrupsiya ilə bağlı məlumat verən şəxslər həvəsləndirilə bilər  |     17:22 Nazir Baş İdarənin rəisini işdən çıxartdı  |     17:17 Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO  |     17:10 Azərbaycanda vəkil komaya düşərək vəfat etdi - FOTO  |     16:50 Gədəbəy və Daşkəsənə dolu düşüb - FAKTİKİ HAVA  |    

Həftənin ilk iş gününün ulduz falı - 29 oktyabr

Median.Az həftənin ilk iş gününün - 29 oktyabr tarixinin qoroskopunu təqdim edir:

Qoç
 - Çox çətin gündür. Üstəlik, insan sizin üçün nə qədər yaxın və dəyərlidirsə, qarşılışlı anlaşmaya nail olmaq şansı bir o qədər azdır. Maddi vəziyyət o qədər də yaxşı deyil. Yeni tanışlarınız sizi cəlb edir. Bu, düşünülməmiş hərəkətlərə, ciddi səhvlərə səbəb ola bilər.

Buğa - Uğur qazanmaq şansı çox yüksəkdir. Sizi çoxdandır narahat edən çətin məsələnin həlli də mümkün olacaq. Lakin yeni imkanlar adətən tam dəyərləndirilmiş olmayacaq və istifadə edilməyəcək. Əgər daha çox çeviklik nümayiş etdirsəniz, gün daha maraqlı ola bilər.

Əkizlər - Kifayət qədər sakit gündür. Heç nə sizi təəccübləndirməyəcək, məyus etməyəcək və sevindirməyəcək. Gününüz əvvəlcədən qurulmuş plan üzrə davam edəcək. Ailə üzvləri ilə maliyyə məsələlərində vahid rəyə gəlmək çətindir. Yaxınlarınız sizi inadla qənaətə çağıracaqlar.
Xərçəng - Hər biri xeyli vaxtınızı və gücünüzü alacaq bir sıra mürəkkəb məsələnin həlliylə məşğul olmaq lazım gələcək. Yaxın insanlardan biri ilə münaqişə yaşana bilər. Təmkinli olun, sonra aranı düzəltmək çətin olacaq. Sevgi müstəvisində məyus edəcək heç nə müşahidə edilməyəcək.

Şir - Maliyyə vəziyyətiniz yaxşıdır. Lakin emosional fon sabit deyil. Günün birinci yarısı əhvalınız yaxşı olacaq. Axşama doğru isə pisləşəcək. Yaşlı qohumlarınızla münaqişələr mümkündür. Pul, yaxud qiymətli əmlak üstündə mübahisəniz düşə bilər. Günün sonunda başınız ağrıya bilər.

Qız - Çox gözəl gündür. Cazibəniz çox güclüdür. Hiss edirsiniz ki, ətrafınızdakılarda unudulmaz təəssüratlar yaradırsınız. Bu gün sizə kömək etməyə başlayan insanlar uzun müddət tərəfdaşınız olacaq. İmkandan istifadə edib maraqlı tanışlıq qura bilərsiniz: onun davamı çox romantik ola bilər.

Tərəzi - Bu gün sizə yerinə yetirmədiyiniz vədləri, unutduğunuz öhdəlikləri xatırladacaqlar. Bu isə işinizin artmasına səbəb olacaq. Ruh düşkünlüyü, depressiyaya qapılmayın. İş nə qədər ağır və mürəkkəb olarsa, gün bir o qədər sürətlə keçəcək. İşgüzar tərəfdaş, şəriklə dil tapmaq asan olacaq.

Əqrəb - Bu gün ulduzlar sizi himayə və müdafiə edir. Danışıqlar və müzakirələr üçün əlverişli gündür. Bacarıqlarınızın nümayişi yaxşı effekt verə bilər. Əməkdaşlıqla bağlı yeni təkliflərin alınması istisna deyil. Şəxsi həyatda vəziyyət stabildir. Yaxın gələcəklə bağlı planlar qura bilərsiz.

Oxatan - Günün enerjisi sizi qane etməyəcək. Əvvəldən düşündüyünüz planlara riayət etmək çətindir, onları yenidən gözdən keçirib, uyğunlaşmaq lazım gəlir. Axşam isə böyük güc sərf etmədən bütün problemlərinizi həll edə biləcəksiniz. Təkliyə çəkilib istirahət edin.

Oğlaq - Maliyyə vəziyyətiniz yaxşıdır. Əlinizə pul gələcək, amma çox durmayacaq. Bir çox toğlaqların bəxti sevgidə gətirəcək. Elə bir gündür ki, istənilən görüş taleyüklü ola bilər. Kiməsə qarşı ani rəğbət sürətlə ciddi hissə çevrilir.  
Dolça - Ehtiyatlı olun. Bu gün buraxdığınız səhvlər işdə ciddi problemlər yarada bilər. Narahat olmağa dəyməz, yenə də qazanan siz olacaqsınız. Sevdiyiniz şəxslə siz narahat edən məsələləri müzakirə edə bilərsiniz. Söhbətə başlamaqdan çəkinməyin, eşidəcəkləriniz sizi sevindirəcək.

Balıqlar - Şəxsi həyatınızda dəyişiklik etmək yanğısı sizi düşünülməmiş hərəkətlərə təhrik edir. Məhz bu səbəbdən hətta özünüzün də sonunun olmayacağını gördüyünüz münasibətlərə başlayırsınız. Səhvlərdən qaçmaq üçün risklərdən imtina etmək və ağıllı birinə güvənmək lazımdlır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 677 29.10.18 11:17