“Qələt eləmişəm” - Qızını erməniyə verən azərbaycanlı - Video » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:16 Bəzi məhsulların idxalı və satışı ƏDV-dən azad edilib - QƏRAR  |     22:58 Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:50 Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |     22:44 Sumqayıtda evdə körpə meyiti aşkarlanıb  |     22:42 DİQQƏT: Sabah bəzi ərazilərdə qaz olmayacaq  |     22:38 Bəzi rayonlarda yağış intensivləşib, qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA + YENİLƏNİB  |     22:36 Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub  |     22:34 Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO  |     22:30 Naxçıvanda dövlət qulluqçuları üçün təlimlərə başlanılıb  |     22:23 Aşpazların DİQQƏTİNƏ: Azərbaycanda çempionat keçiriləcək  |     22:16 Qurban Qurbanov: “Komandalarımızın maliyyə problemləri var”  |     22:09 Azərbaycanda baş verən dəhşətli hadisənin TƏFƏRRÜATI: Azyaşlının bütün bədəni parça-parça olub - VİDEO  |     21:57 Güzdək Bozdağı palçıq vulkanı növbəti dəfə püskürüb  |     21:50 Antalyada meşə yanğını başladı  |     21:46 Allahşükür Paşazadə Dünya İslam Alimlərinin Məşvərət Toplantısında iştirak edib  |     21:39 “Trendyol” Azərbaycan üçün qiymətləri KƏSKİN ARTIRDI  |     21:31 Rəcəb Tayyib Ərdoğan: “Kipr probleminin ədalətli və qalıcı həllinin tapılması vacibdir”  |     21:25 Rusiya hökumətinin yeni tərkibi təsdiqləndi  |     21:18 Polkovnik-leytenantla Abel Məhərrəmov arasında QALMAQAL: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi  |     21:10 Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”  |    

“Qələt eləmişəm” - Qızını erməniyə verən azərbaycanlı - Video

Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin Moskva Regional bölməsinin adı daha çox qalmaqallarda hallanan sədri Ağadadaş Kərimov "Nar bayramı”nda təxribata əl atıb.

Median.Az
Diaspor.az-a istinadən xəbər verir ki, A.Kərimovun Azərbaycan mədəniyyətinə həsr olunmuş "Qranat” ümumşəhər "Nar bayramı” ilə bağlı keçirdiyi tədbirdə qarşıdurma yaranıb. "Nar bayramı”nın Kərimov tərəfindən Azərbaycan adına layiq şəkildə keçirilməməsi həmyerlilərimiz tərəfindən haqlı olaraq etiraza səbəb olub.

Tədbirdə Ermənistanla bağlı bəzi eksponantların nümayiş olunması azərbaycanlılar tərəfindən qəzəblə qarşılanıb. Bununla yanaşı, Azərbaycan dəyərləri adı altında keçirilən tədbirdə Azərbaycan bayrağı və Azərbaycana aid heç bir eksponatların nümayiş olunmaması həmyerlilərimizin təəccübünə səbəb olub.

Kərimovun bu tədbiri erməni diaspor təşkilatları ilə birlikdə həyata keçirməsi məlum olduqdan sonra həmyerlilərimiz sivil şəkildə öz etirazlarını bildiriblər. Yeni imic formalaşdırmaq naminə Rusiyadakı azərbaycanlılar arasında nüfuz qazanmağa çalışan Kərimovun erməni və separatçı təşkilatlarla birlikdə "Nar bayramı” adlı tədbir keçirməsi ifşa olunub. Bu addımına görə həmyerlilərimizin tədbir zamanı tənqidinə tuş gələn diaspor sədri bütün planlarının ifşa olunduğunu gördükdə provakasiyaya əl atıb. Belə ki, o, erməni əqidədaşları ilə birlikdə birləşərək tədbirdə iştirak edən azərbaycanlıları uzaqlaşdırmağa çalışıb. Eyni zamanda, separatçı təşkilat nümayəndələrini köməyə çağıraraq erməni diaspor nümayəndələri ilə birlikdə azərbaycanlıları təhqir edərək öz çirkin tədbirinin əsl mahiyyətini üzə çıxarıb.

Daha sonra hadisə yerinə Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşlarını çağıran Kərimov tədbir iştirakçısı olan azərbaycanlıların həbs olunmasını tələb edib. Amma buna baxmayaraq, həmyerlilərimiz sivil şəkildə etiraz etdiklərini bildiriblər. O, tədbirdə dəfələrlə təxribata əl atsa da, onun bu cəhdləri uğursuz olub. Tədbir Kərimovun yaxın dostları olan erməni və separatçıların Azərbaycan əleyhinə səsləndirdikləri şüarla sona çatıb.

Xatırladaq ki, A. Kərimov bir müddət əvvəl qızını erməni oğlana ərə verdikdən sonra azərbaycanlıların qəzəbinə tuş gəlmişdi. O, erməni ilə qohum olduğuna görə qürur hissi keçirdiyini bildirmişdi. Eyni zamanda, Qarabağ haqqında səsləndiyi fikir isə ictimaiyyətdə birmənalı qarşılanmamışdı. O, qarabağlı olmadığını və buna görə də, Dağlıq Qarabağda döyüşməyi düzgün hesab etmədiyini vurğulamışdı.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            8 295 08.10.18 14:10