Hacıbəyovu həmişə Hacıbəyov kimi tanımışıq - PARLAMENTDƏ GƏRGİNLİK » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

Hacıbəyovu həmişə Hacıbəyov kimi tanımışıq - PARLAMENTDƏ GƏRGİNLİK

Millət vəkili Fərəc Quliyev soyad sonluqlarının məcburi şəkildə dəyişdirilməsini məqsədəuyğun sayıb.

Millət vəkili bunu parlamentin növbəti plenar iclasında çıxışı zamanı deyib.

O, bildirib ki, keçmiş SSRİ dövründə, Stalinin hakimiyyəti zamanında Azərbaycan xalqına qarşı bu məsələdə də böyük haqsızlıq və ədalətsizlik edilib:

“İndi isə nə Stalin dövrü, nə 37-ci ildir. Biz müstəqil dövlətik və bu məsələdə məcburilik mütləq öz həllini tapmalıdır”.

Millət vəkili Aqil Abbas isə həmkarının təklifinə etiraz edib, bildirib ki, bu məsələdə könüllülük prinsipi olmalıdır:

“Kimisə məcbur etmək olmaz ki, sən belə elə. Məsələn, bizim şəcərəmizdə, kəndimizdə 5 mindən artıq insan Abbasov soyadı daşıyır. İndi onlara demək olmaz ki, gedin soyadınızı dəyişin…Bu, düzgün olmaz. Düzdür, mən soyad sonluğumu dəyişmişəm, çünki yazıçıyam, ona görə belə etmişəm, amma bunu hamıdan məcburi qaydada tələb etmək olmaz. Üzeyirbəy Hacıbəyovu biz həmişə Hacıbəyov kimi tanımışıq, indi onu Hacıbəyli kimi yazırlar, düzgün deyil”.

Məsələyə yarızarafat, yarıciddi toxunan spiker Oqtay Əsədov öz növbəsində belə deyib.

“Əli müəllim (komissiya sədri Əli Hüseynli nəzərdə tutulur), mən elə bildim ki, siz Fərəc müəllimə sual verəcəksiniz ki, sən özün niyə soyadını dəyişdirmirsən?!”
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Ə. Hüseynli də məsələyə toxunaraq, bildirib ki, indi yeni nəsil milli familiyaların fərqli sonluğundan ibarətdir:

“Burada heç bir problem yoxdur. Köhnə nəsil isə öz soyadını dəyişdirmək istəyi onların öz seçimidir”./oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            844 05.10.18 14:52