Pul üstündə dostunu öldürməyə cəhd edən gənc 8 il cəza alıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Pul üstündə dostunu öldürməyə cəhd edən gənc 8 il cəza alıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Elvin Hümbətovun (1995-ci il təv.) CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, ötən ilin dekabr ayında aralarında yaranan mübahisə zamanı Elvin Hümbətov Ceyhun Abbasova döş qəfəsindən bıçaqla xəsarət yetirərək, hadisə yerindən qaçıb. Zərərçəkmiş məhəllə sakinləri Kliniki Tibbi Mərkəzə çatdırıblar, üzərində cərrahi əməlliyat aparılıb. Hümbətov könüllü polis bölməsinə gələrək, təslim olub.

Məhkəmə prosesində Elvin Hümbətov bildirib ki, Ceyhun Abbasovla eyni qəsəbədə yaşayır, münasibətləri yaxşı olub. Amma mübahisə zamanı Ceyhun ona xoşagəlməz sözlər dediyi üçün onu vurub.O qeyd edib ki, dostunu öldürmək yox, cəzalandırmaq niyyəti ilə vurub. Onun sözlərinə görə ,dava pul üstündə olmayıb.

Zərərçəkmiş Ceyhun Abbasov isə bildirib ki, mübahisəyə 2 manat 50 qəpik məbləğində pul səbəb olub. O, Elvinə pulu verərək başqa bir tanışına çatdırmasını xahiş edib, amma sonuncu pulu həmin adama çatdırmayıb. Buna görə də aralarında mübahisə yaranıb.

Hümbətov zərərçəkmişin ifadəsinə müdaxilə edərək, deyib ki, həmin şəxsə pulu versə də, o götürməyib. Təqsirləndirilən şəxs əlavə edib ki, Ceyhunu vurmasının səbəbi başqadır: "Adam adamı durduğu yerdə vurmaz. Əlbəttə ki, bir səbəbi var. Bunu da Ceyhun özü yaxşı bilir. Çaşmasaydın, vurmazdım. Mən ona 10 dəfə adam balası kimi izah elədim. Dedim ki, pulu verdim götürmədi. Amma başa düşmədi ki, düşmədi".

Zərərçəkmiş şəxs Elvin Hümbətovdan şikayətçi olmadığını, onu ilk gündən bağışladığını bildirib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 8 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 115 21.09.18 16:26