Pensiyaçılar, uşaqlar, əlillər icbari tibbi sığorta haqqından azad oluna bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Pensiyaçılar, uşaqlar, əlillər icbari tibbi sığorta haqqından azad oluna bilər

“İcbari tibbi sığorta haqqında” qanuna edilməsi gözlənilən dəyişikliklərin bəzi ilkin detalları məlum olub.

Parlamentdən bildirilib ki, payız sessiyasında icbari tibbi sığorta ilə bağlı yeni qanun layihələrinin müzakirələrə çıxarılması, eyni zamanda, mövcud qanunlara yeni dəyişikliklərin edilməsi nəzərdə tutulur.

“Artıq cəmiyyət bu məsələnin icrasını, tətbiqini çoxdan gözləyir və arzu edir. Bu, cəmiyyətin sosial sifarişi olaraq qarşıda dayanır. Eyni zamanda, dövlətin özünün bu məsələ ilə bağlı yekdil mövqeyi, iradəsi ortadır.

Bu baxımdan, həm parlament, həm icbari sığorta ilə bağlı Dövlət Agentliyi, həm də Nazirlər Kabineti birlikdə bu məsələnin tətbiqinə və icrasına stimul verəcək, prosesi sürətləndirəcək qanunvericilik aktları üzərində işlərini davam etdirir.

Bu sənədlər qəbul olunduqdan sonra bütün Azərbaycan miqyasında icbari tibbi sığortanın tətbiqi mümkün olacaq. Yaxın illərdə isə icbari tibbi sığorta Azərbaycanın bütün ərazisində həyata keçiriləcək”.

İcbari tibbi sığorta haqqına gəlincə, parlamentdən bildirilib ki, Azərbaycanın işləyən vətəndaşları əməkhaqlarından müəyyən faizlər ödəyəcək, işləməyən, bizneslə məşğul olan vətəndaşlar isə müəyyənləşdirilmiş dərəcədə tibbi sığortaya töhfələrini verəcəklər.

“Amma bəzi kateqoriyalar, məsələn, pensiyaçılar, uşaqlar, əlillər icbari tibbi sığorta haqqını ödəməkdən azad oluna bilərlər. Dövlət bu vəzifəni öz üzərinə götürə bilər. Bu məsələ üzərində dəqiqləşdirmələr aparılır”, - deyə sonda qeyd edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            5 220 29.08.18 11:49