Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |     13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |     12:08 Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu  |     12:06 Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı  |     12:03 Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - DOSYE (FOTO)  |     12:00 Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT  |     11:59 Hindistan yükləri Azərbaycan ərazisindən istifadə edərək daşıyacaq  |    

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb

Bu il 91 min 498 nəfər ixtisas seçimində iştirak edəcək.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu gün günorta saatlarında universitetlərə ixtisas seçimi başlayacaq:

“Builki qəbul imtahanlarında 74 438 nəfər iştirak edib. Ümumilikdə 91 498 nəfər ixtisas seçimində iştirak edəcək. Onlardan bəziləri V ixtisas qrupuna sənəd verənlərdir.

Avqustun 9-na qədər qabiliyyət imtahanı davam edəcək. İmtahanlar üçün 8277 nəfər qeydiyyatdan keçib. 14 015 nəfər komissiyada iştirak edəcək. 2378 nəfər isə kollecə ixtisas seçimi edəcək”.

Məleykə Abbaszadə qeyd edib ki, hər bir şəxsin bir ixtisas kodu dəyişirsə, yerləşdirmədə müəyyən problemlər yaranır:

“Təəssüf ki, kodların seçilməsi prosesi başlayandan yarım saatdan sonra bizə müraciət edirlər ki, seçimi ləğv edin və yenilərini seçəcəyik. Seçimlər dəqiq edilməlidir”.

DİM sədri qeyd edib ki, ixtisas qruplarında keçid balı fərqləri müxtəlifdir:

“Hər kəs balını bilib, ona görə seçim etməlidir. Valideynlər öz uşaqlarının taleyini başqasının əlinə buraxır. Nəticədə abituriyent istəmədiyi ixtisasa və şəhərə qəbul olur. Ona görə də ərizəni təsdiq edən abituriyentin özü olmalıdır.

Birinci və ya axırıncı ərizənin təsdiq edilməsi heç bir əhəmiyyət kəsb etmir. Çünki seçim abituriyentin topladığı bala əsasən aparılır. Məsləhət görərdim ki, üç dəfə ərizə dəyişməkdənsə dəqiq seçim edilsin”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 437 30.07.18 12:04