23:02 Rusiyadan xaricə pul köçürülməsi üçün məhdudiyyətlər daha 6 ay uzadılıb  |     22:46 NATO əməkdaşlarının “TikTok” yükləməsi qadağan edilib  |     22:35 Rusiya Ermənistandan süd məhsullarının idxalını dayandıracaq  |     22:27 Estoniya Rusiya-NATO təsis aktına xitam verməyi təklif edir  |     22:01 İsrail SEPAH zabitini məhv etdi  |     21:56 Bakıda köşk yanıb  |     21:48 Aprelin 3-nə USD/AZN rəsmi məzənnəsi  |     21:40 Apreldə hava necə olacaq? - Aylıq proqnoz  |     21:34 TAP vasitəsilə bu il İtaliyaya nəql olunan qazın həcmi açıqlanıb  |     21:25 Ukraynalılara 2024-cü il Olimpiadası üçün seçimdə ruslarla birlikdə iştirak qadağan ediləcək  |     21:18 "Turan Tovuz"un baş məşqçisi: "Üzücü məğlubiyyət oldu"  |     21:14 "Toyota Prius"la Dərnəgüldən oğurladığı malları “Evrohome”da satdı  |     21:05 Qadın onu öldürmək istəyən keçmiş ərinin ayaqlarını sındırdı - Gədəbəydə ŞOK OLAY  |     21:05 Polis Akademiyasında soyqırımı qurbanları anılıb - VİDEO  |     21:00 Ermənistan parlamentində dava-dalaş salan deputat saxlanılıb  |     20:52 Pakistanlı ekspert: “31 Mart azərbaycanlılar üçün faciəvi gündür”  |     20:47 Azərbaycan Sloveniyaya karbamid gübrəsinin ixracına başlayıb  |     20:39 Bərdədə qanunsuz şumlama işləri aparılıb, ağac və kol bitkiləri məhv edilib  |     20:35 Roma Papası sabah hospitaldan evə buraxılacaq  |     20:26 Rusiya estoniyalı diplomatı arzuolunmaz şəxs elan edib  |    
“Palmali” şirkətinin dənizçiləri aclıq elan etdi
Azov dənizinin akvatoriyasında olan “Riroyl-5” gəmisinin ekipaj üzvü aclıq elan edib.

Median.Az
TASS agentliyinə istinadla xəbər verir ki, onlar Türkiyənin “Palmali” şirkətinin üzvləridir.

Məsələ ilə bağlı Rusiya Dənizçilər Birliyinin Azon-Don bölməsinin rəhbəri Leonid Qluşak danışıb. Onun sözlərinə görə, dənizçilər səkkiz ay müddətində əməkhaqqı ala bilməyiblər. Şirkətin 100 min dollar borcu yaranıb.

“Vədlərə baxmayaraq, şirkət rəhbərlik yalnız bir dənizçi ilə hesablaşıb. Əməkdaşlar iyulun 18-dən aclıq aksiyasına başlayıb. Bir müddət gəminin cərəyanı kəsilib, bu isə faciəyə səbəb ola bilərdi. Gəmini Azov limanının kapitanı saxlayıb”, - Qluşak deyib.

Hazırda məhkəməyə müraciət edilməsi üçün sənədlərin hazırlanma prosesi gedir.

Rusiya KİV-in verdiyi məlumata görə, bu, ilk belə hal deyil, Rostov limanında şirkətə məxsus olan “Riroyl-3” gəmisi də var.

Şirkətin onlara olan borcunun ümumi həcmi də 100 min dollardır.скачать dle 11.3






Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 335 20.07.18 15:59