Ekspert: Məşhurlaşmaq istəyi uşaqları cinayətə sövq edir » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:46 Ən xeyirxah BÜRCLƏR - Onlar hər zaman...  |     22:24 Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO  |     21:41 32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO  |     21:34 Kvaratsxeliya karyerasını PSJ-də davam etdirə bilər  |     21:26 Rusiyada sərnişin avtobusu çaya düşüb, iki nəfər ölüb, beşi yaralanıb  |     21:18 BMT Baş Assambleyası fələstinlilərin təşkilata üzv olmaq hüququnu tanıyan qətnamə qəbul etdi  |     20:44 Qazaxda təbii fəlakət fəsadlar törədib  |     20:42 Belarus Baş Qərargahının rəhbəri işdən çıxarıldı  |     20:14 Bakıda təhlükə saçan hotel: Balta ilə içəri girdi - VİDEO  |     20:03 Məktəbli qız 26 yaşlı kişiyə qoşulub qaçdı  |     19:51 “Liverpul” mövsüm sonunda oyunçusu ilə yolları ayıracaq  |     19:42 Leyla Əliyeva Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı paylaşım edib - VİDEO  |     19:30 Təhlükə mənbəyi olan “AMAY”la bağlı FHN-dən AÇIQLAMA  |     18:32 Bakıda beynəlxalq seysmoloji konfrans KEÇİRİLƏCƏK  |     18:10 Bakıda güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ  |     18:05 Azərbaycanda korrupsiya ilə bağlı məlumat verən şəxslər həvəsləndirilə bilər  |     17:22 Nazir Baş İdarənin rəisini işdən çıxartdı  |     17:17 Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO  |     17:10 Azərbaycanda vəkil komaya düşərək vəfat etdi - FOTO  |     16:50 Gədəbəy və Daşkəsənə dolu düşüb - FAKTİKİ HAVA  |    

Ekspert: Məşhurlaşmaq istəyi uşaqları cinayətə sövq edir

Azərbaycanda azyaşlılar tərəfindən törədilmiş cinayətlərin sayı artıb. Əsasən, onlar bunu tez bir zamanda pul qazanmaq və ya məhşurluq üçün edirlər.

Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan Daxili İşlər Nazirliyinin ehtiyatda olan polkovniki, professor, sosioloq Tahir Behbudov deyib.

O bildirib ki, cinayətlərin ümumi xüsusiyyətləri fərqli olur:

“Bu hadisələr ölkədə iqtisadi böhran və ya inkişaf olanda baş verir. Bu gün Azərbaycanda ikinci olur. Məhz bu səbəbdən məsuliyyətsiz insanlarda tez və asan zənginləşmək istəyi yaranır. Bu isə azyaşlılara güclü təsir göstərir”, - ekspert qeyd edib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda cəmiyyətin müxtəlif təbəqələrindən olan uşaqlar sosial şəbəkələrdə məşhur insanları görür və özləri də məşhurlaşmaq istəyir. Bu, cinayətkarlıq və ya intihar yolu ilə də ola bilər.

“Yaradıcılıq baxımından onlar heç nə edə bilmir. Hətta yaradıcılıq fəaliyyətində az uğur qazananlar uzun yoldan çəkinərək, cinayətkarlığa baş vurur”, - sabiq polis polkovniki əlavə edib.

Behbudov vurğulayıb ki, belə cinayətkarları qanun da qorxutmur.

“Bugünkü şərtlərdə onlar başa düşür ki, qanunu böyük pullarla yenmək olar. Çoxlu pullar əldə etmək üçün isə onlar yanlarına zəngin ailələrin uşaqlarını cəlb edirlər. Öz ətraflarında belə uşaqları isə “bank-oğlan” adlandırırlar”, - müsahib deyib.

Behbudov bu cür problemlərlə mübarizə aparmaq yollarını açıqlayıb:

“Mübarizəni ilk addımlardan başlamaq lazımdır. Oğlan atasının maşınının açarlarını oğurlayıb və yol-hərəkət qaydalarını pozub. Onu cərimə yazmaqla buraxmaq olmaz. Onu ABŞ-da olduğu kimi, azyaşlılar üçün həbsxanalarla tanış etmək lazımdır. O başa düşməlidir ki, belə hal olsa, həbsxanaya düşə bilər.

Azyaşlıların həbsxanası – bu dəhşətdir. Orada qaydalar yoxdur. Orada hər kəs özünə görədir. Bu vəziyyəti gördükdən sonra heç kəs ora düşmək istəməyəcək. Əlbəttə ki, valideynlər də davamlı olaraq, övladlarının ətrafına fikir verməlidirlər”, - sosioloq deyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 873 21.06.18 12:58