Mojo.az Banner
20:40 AYNA-dan xəbərdarlıq: "Qanunsuz pul tələb edənləri həbs və yüksək cərimələr gözləyir"  |     20:35 Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirilib  |     20:28 CENTCOM: İranın proksi qruplarına silah tədarükü yolları kəsilib  |     20:20 Türkiyədə təcavüzə məruz qalan tələbədən dəhşətli əməl - Müəllim həbs edildi  |     20:13 Əcnəbilər Azərbaycanda yaşama icazələrini elektron qaydada alacaqlar  |     20:06 Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir - FOTO - VİDEO  |     19:59 Yusif Quluzadə vəzifəsindən azad edildi - FOTO  |     19:51 Əli Əsədov QƏRAR İMZALADI  |     19:44 İsraildə Avroviziya iştirakçılarının çıxışı lağa qoyuldu - FOTO  |     19:38 Yaşı 26-ya qədər olan bu şəxslərin NƏZƏRİNƏ  |     19:21 Fransada ziyafət zamanı döşəmə çökdü: Kino ulduzları təxliyə olundular  |     19:14 "Qiyamət günü" radiostansiyasından yeni maraqlı mesaj  |     19:10 Sabahla bağlı XƏBƏRDARLIQ - DİQQƏTLİ OLUN  |     18:55 Gəncədə 15 yaşlı qızı vuran sürücü hadisə yerindən qaçıb  |     18:30 Nikol Paşinyan Samvel Karapetyanı məhkəməyə verdi  |     18:22 Generala məxsus olduğu deyilən klinikanın vergi borcu yaranıb  |     18:16 Sürücülərin NƏZƏRİNƏ: Sabahdan xüsusi hərəkət zolaqları qüvvəyə minir  |     17:58 Pensiya artımı ilə bağlı müjdəli AÇIQLAMA  |     17:49 Kiyevdə matəm elan olundu  |     17:38 Auditorlar Palatasında bir neçə şöbə ləğv edilib, yeni idarə yaradılıb  |    
Left Banner
Right Banner

Hansı pullarda daha çox mikrob var? – ARAŞDIRMA

08.06.2018 12:33 10 270
Hansı pullarda daha çox mikrob var? – ARAŞDIRMA
Plastik bank kartları təkcə rahatlığı və etibarlılığı ilə seçilmir, eyni zamanda müxtəlif infeksiyalara yoluxma baxımından kağız və dəmir pullardan daha təhlükəsizdir. Rusiyalı alimlərə görə bir pul əskinazında olan patogen bakteriya və mikrobların sayı kiçik epidemiya yaratmağa belə kifayət edər.

Bu haqda “RİA Novosti” məlumat yayıb.

Rusiyanın N.F.Qamaley adına epidemiologiya və mikrobiologiya elmi tədqiqat mərkəzinin alimlərinə görə, Rusiya ərazisində ən natəmiz əskinaz əlli rublluq əskinazlardır.

Sözügedən əskinazda tuberkulyoz, sətəlcəm, meningit və digər xəstəliklərə səbəb ola bilən 34 patogen mikroorqanizm aşkarlanıb.

ABŞ-ın bir dollarlıq əskinazı isə dünyanın ən çirkli əskinazlarından sayılır. Nyu-York universitetindən olan tədqiqatçılar ən aşağı nominallı dollarda dörd yüz növ təhlükəli mikroorqanizm üzə çıxarıb.

Onların arasında irinli səpgi, vaginal yolun infeksiyası, ağız boşluğu infeksiyaları və digər xəstəliklərə səbəb olan bakteriya və viruslar yer alır.

Dünyanın ən natəmiz əskinası isə Braziliya realıdır. Sözügüdən kağız pulda üç mindən çox mikrob növü tapılıb./oxu.azскачать dle 11.3
Mojo.az Banner