Mojo.az Banner
22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Auditorlar Palatasında bir neçə şöbə ləğv edilib, yeni idarə yaradılıb

14.05.2026 17:38 357
Auditorlar Palatasında bir neçə şöbə ləğv edilib, yeni idarə yaradılıb
Auditorlar Palatasında struktur dəyişikliyi aparılıb və yeni idarə yaradılıb.

Bununla bağlı palatanın sədri Vahid Novruzov əmr imzalayıb.

Əmrə əsasən, palatanın strukturunda birbaşa sədrə tabe olan "Xüsusi auditlər, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, daxili nəzarət və forenzik təhlillər İdarəsi" yaradılıb.

Yeni idarənin auditor xidməti göstərən subyektlər üzrə komplayns, hüquqi ekspertiza, xüsusi audit, forenzik təhlil, etik nəzarət, risk monitorinqi, peşə nəzarəti və daxili nəzarət üzrə yoxlama funksiyalarını həyata keçirəcəyi bildirilir.

İdarənin fəaliyyətində xüsusi auditlər, terrorçuluğun maliyyələşdirilməsinə və çirkli pulların yuyulmasına qarşı mübarizə, hədəfli maliyyə sanksiyalarına uyğunluq, peşə etikası və hüquqi ekspertiza vahid funksional sistem kimi tətbiq olunacaq.

Yeni idarənin tərkibində aşağıdakı şöbələr fəaliyyət göstərəcək:

- Xüsusi auditlər və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə şöbəsi;

- Daxili nəzarət və komplayns şöbəsi;

- Peşə etikasının hüquqi təminatı və monitorinqi şöbəsi;

- Hüquqi ekspertiza, forenzik təhlil və metodoloji təminat şöbəsi.

Eyni zamanda, palatanın strukturunda mövcud olan "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə İdarəsi", eləcə də bir sıra şöbələr ləğv edilib və onların funksiyaları yeni yaradılmış idarəyə inteqrasiya olunub.

Əmrdə qeyd olunub ki, yeni strukturun yaradılmasında məqsəd audit sistemində şəffaflığın, peşə məsuliyyətinin, etik davranışın, komplayns mədəniyyətinin və riskəsaslı nəzarətin gücləndirilməsidir.скачать dle 11.3
Mojo.az Banner