Mojo.az Banner
18:53 iPhone almaq istəyənlərə şad xəbər — Bu modellər ucuzlaşa bilər  |     18:38 Bakının mərkəzində küçədə yıxılan kişi öldü  |     18:34 Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb  |     18:29 Nepalda sel fəlakətində ölənlərin sayı 1385-ə çatıb  |     18:20 Paytaxtda hazırda 27 istiqamətdə sıxlıq var  |     18:13 Milli Fəaliyyət Planı təsdiq edildi  |     17:54 Fərid Şəfiyev BMTMM-in sədri təyin edildi - Sərəncam  |     17:39 "Əli hər yerə girən" şəxs qadının 52 min manatını mənimsədi  |     17:31 Bakı sakinlərinə şad xəbər - Yeni avtobus marşrutu açılır  |     17:30 Bakıda 18 yaşlı qızın meyiti tapıldı  |     17:14 Bakalavr təhsili 3 ilə endirilir: Təhsildə nələr dəyişəcək?  |     17:03 Braziliyada təyyarə qəzası: 3 nəfər öldü  |     16:56 Çaqqal dişləyibsə, nə etmək lazımdır? – VACİB AÇIQLAMA  |     16:54 Leysan olacaq, şimşək çaxacaq - Xəbərdarlıq  |     16:53 Rusiya ordusu iki yaşayış məntəqəsini nəzarət altına alıb  |     16:33 Bakıda ərini öldürürərək həyətdə basdırmaqda təqsirləndirilən qadına hökm oxunub  |     16:26 "Fənərbağça"nın istefa verən baş məşqçisi yoxa çıxdı  |     16:21 Bakıda avtobus dayanacağının nişanı görünməz olub - FOTO  |     16:21 Qan və alkoqol testlərinə bir milyon manat xərclənəcək  |     16:13 Azərbaycanda nəqliyyat xidmətlərinin həcmi artıb  |    
Mojo.az Avto
Mojo.az Avto

AYNA-dan xəbərdarlıq: "Qanunsuz pul tələb edənləri həbs və yüksək cərimələr gözləyir"

14.05.2026 20:40 582
AYNA-dan xəbərdarlıq:
"Dövlət tərəfindən qərar qəbul olunub ki, bazar günləri parklanma ödənişsiz olsun. Bu səbəbdən həmin gün istənilən şəxsin - üzərində hansısa jiletin olub-olmamasından asılı olmayaraq - sürücüdən pul tələb etməsi qanunsuzdur".

Median.Az
xəbər verir ki, bu barədə "Report"a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

AYNA sədri Bakıda tətbiq edilən yeni parklanma modelinin müsbət nəticələrindən danışıb. O qeyd edib ki, elektron sistemin tətbiqi sayəsində avtomobillərin park edilməsi daha nizamlı xarakter alıb, yanlış parklanma halları və buna görə tətbiq olunan cərimələr xeyli azalıb.

Anar Rzayev bazar günləri bəzi şəxslərin sürücülərdən qanunsuz ödəniş tələb etməsi məsələsinə də toxunub:

"Bu, sadəcə vətəndaşdan əsassız şəkildə pul tələb etməkdir. Belə hallarla qarşılaşdıqda hüquq-mühafizə orqanlarına müraciət olunmalıdır. "AzParking" əməkdaşları da mütəmadi olaraq maarifləndirmə işləri aparırlar. Artıq əksər vətəndaşlar bilir ki, bazar günləri parklanma pulsuzdur və ödəniş tələb edilməsi qanunaziddir".

Qanunsuz parklanma ödənişi tələb edənləri gözləyən cəzalardan danışan AYNA rəhbəri vurğulayıb ki, qanunvericilikdə bununla bağlı kifayət qədər ciddi məsuliyyət tədbirləri - yüksək məbləğdə cərimələr, hətta bəzi hallarda inzibati həbs nəzərdə tutulub. Hüquq-mühafizə orqanları bu istiqamətdə müvafiq tədbirlər görürlər.

"Əslində, bu məsələyə "yolda vətəndaşdan qanunsuz şəkildə pul tələb edilməsi" kimi yanaşmaq lazımdır. Necə ki, kimsə parkın girişində dayanıb sizdən əsassız ödəniş tələb etsə, bu qəbulolunmaz və qanunsuz hesab edilər, eyni yanaşma burada da keçərlidir", - deyə Anar Rzayev əlavə edib.скачать dle 11.3
Mojo.az Banner