Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:48 Yasamalda park üçün nəzərdə tutulan ərazidə yaşayış binaları tikiləcək? - VİDEO | 21:40 Milyonçu futbolçular açıqlandı | 21:35 Rusiya bu ölkəyə nota verdi | 21:35 Şirvan sakini boyun nahiyəsinin kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirlib | 21:15 "Sabah" "Sumqayıt"ı darmadağın edərək liderliyə yüksəldi | 21:01 Dənizin altında 9500 illik itmiş şəhər tapıldı - Tarixi dəyişə bilər | 20:42 15 yaşlı qızın qaçırılması ilə bağlı yeni təfərrüat məlum olub | 20:28 Qətlə yetirilən Gülarənin atası danışdı - “Ayxan 2 ay idi gecələr yatmırdı” | 20:24 İsrail ordusu ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi: Yeni hücum gözlənilir | 20:10 Fərda İmanov vəzifəsindən azad olundu | 19:59 Xocalı soyqırımının şahidi doğma yurdunda dəfn olundu | 19:36 Bakı metrosunda hərəkətin tənzimlənməsi qurğusunda xəta baş verib, yubanmalar yaranıb | 19:23 Millətlər Liqası: 1/4 final mərhələsinin püşkü atılıb | 19:16 Alyona Əliyeva "Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışından paylaşım edib | 18:58 DTX-dən əməliyyat: Həbs edilənlər var | 18:50 “Göstəricilərin süni artırıldığı aşkarlansa, həmin ay mediaya yardım dayandırılacaq” | 18:44 Şəmkirdə kişini cərəyan vurub öldürdü | 18:39 Gecədən etibarən bu yollarda hərəkət məhdudlaşdırılacaq | 18:35 Bakıda kişi siqaretə görə arvad-uşağını döydü | 18:32 3 məktəblini maşın vurub |
Mojo.az Avto
Mojo.az Avto

"AzTV" sədrini öldürməyə cəhd edən şəxsin qızı məhkəmədə ifadə verdi

01.06.2018 17:16 3 517
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Median.Az
APA-ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə Ş. Əkbərovun vəkili Ruslan Həsənov vəsatətlə çıxış edərək, məhkəmə tərkibinə etiraz edib. O, vəsatətini məhkəmə kollegiyasının işə qərəzli yanaşması ilə əsaslandırıb.

Məhkəmə vəsatəti baxılmamış saxlanılıb.

Sonra Ş. Əkbərovun digər vəkili İmanqulu Həsənov vəsatət verib və məhkəmədən Şamaxıda yenidən hadisə yerinə və torpaq sahələrinə baxış keçirilməsini istəyib.

Məhkəmə verilən vəsatəti təmin etməyib.

Sonra təqsirləndirilən Aqşin Hüseynov ifadə verib. O deyib ki, Ş. Əkbərovun əvvəllər torpaq sahələri olmayıb və hamısı zərərçəkmiş Arif Alışanova məxsus olub: "Məni verdiyim ifadəyə görə şantaj edir".

Bu zaman Ş. Əkbərov A. Hüseynovun danışığına etiraz edib. Onlar arasında mübahisə düşüb.

Sonra A. Hüseynov vəkili Nüşabə Ağayevə hüquqlarını müdafiə etdiyi şəxsin Ş. Əkbərov və digərləri tərəfindən özü və ailəsi ilə təhdid olunduğunu bildirib.

Ş. Əkbərovun vəkili bildirib ki, təqsirləndirilən şəxs Aqşin Hüseynovun ifadəsi qərəzli olduğundan sübutlar siyahısından çıxarılmalıdır.

Hakim isə deyib ki, bu məsələyə müşavirə otağında qiymət veriləcək.

Təqsirləndirilən Aqşin Hüseynov isə heç kim tərəfindən öyrədilmədiyini, sərbəst ifadə verdiyini qeyd edib.

Sonra təqsirləndirilən Ş. Əkbərovun qızı Cəmilə Ağayeva ifadəsində deyib ki, A. Alışanovla atası dost olub: "Neçə illərdir, ailəvi, yaxın dost olublar. Bu iş lap başından saxtadır. Atam 22 il Şamaxıda işləyib. Deyirlər, atamın heç nəyi yoxdur. Bunlar yalandır. İstintaqda yazılıb ki, guya mən atamın adam öldürməyə cəhd etməsini bilmişəm. Halbuki, belə bir şey olmayıb. Mənə Xırdalanda evi və avtomobili atam almayıb. Bunların hamısını həyat yoldaşımla birlikdə işləyib qazanmışam".

Zərərçəkmiş Dəyanət Cəfərov şahid Cəmilə Ağayevaya sual verib. O deyib ki, Ş. Əkbərov həbs olunanda C. Ağayeva AZTV-yə məktub yazaraq atasının bağışlanmasını istəyib. O, şahiddən atasının nə üçün bağışlanmağını istəməsinin səbəbini soruşub.

C. Ağayeva isə atası həbs olunan vaxt hadisədən xəbərsiz olduğunu, nə baş verdiyini anlamadığı üçün atasının bağışlanmasını istədiyini vurğulayıb.

Proses iyunun 8-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 178-ci (dələduzluq) və digər maddələrinə əsasən ittiham olunurlar.

Son xəbərlər