Mojo.az Banner
15:14 Goranboyda qadın öldürüldü, gəlini bıçaqlandı - Vətən müharibəsi qazisi saxlanıldı  |     15:08 Bakıda məşhur restoranda yanğın olub - Video  |     14:41 Gözətçi qoruduğu restorandan oğurluq etdi, məhkəməlik oldu  |     14:30 Bakıda hamilə dəm qazından boğulub öldü  |     14:21 BDYPİ: "Uzaq səfərlər zamanı sürücülərin fasilələr verməsi vacibdir"  |     14:05 Marneulidə toy kortejində baş vermiş qəzada xəsarət alan azərbaycanlı gənc öldü  |     14:04 Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimi vəfat edib  |     13:46 Bakıda Xalq artistinin oğlunu döydülər - FOTO  |     13:44 Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşündən paylaşım edib - Video  |     13:39 Minlərlə manatlıq qızılı götürüb maşınla qaçan şəxs tutuldu - Video  |     13:34 Ucarda avtomat satmaq istəyən şəxs tutulub  |     13:30 Sabahdan bu avtobuslar yenilənir - Gedişhaqqı 50 qəpik  |     13:26 Sabah duman olacaq, külək əsəcək  |     13:20 Ölümündən sonra donor olmaq istəyənlərin sayı açıqlandı  |     13:13 Ağdamda qadın bıçaqlandı - Əri saxlanıldı  |     13:01 İşdən çıxarılan icra başçısını kim əvəz edir?  |     23:00 Tiktoker Müjgan polisə çağırıldı  |     22:51 Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi  |     22:46 Almaniya Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığı alqışlayır  |     22:39 İnterneti həqiqətən kim icad edib? - "Google"un gizlətdiyi qaranlıq TARİX  |    
Left Banner
Right Banner

"BakuBus"un avtobusu piyadanı belə vurdu - VIDEO

29.05.2018 14:34 5 920
"BakuBus" MMC paytaxtda piyadanın vurulması ilə nəticələnən yol qəzası barədə videogörüntü yayıb.

Qurumdan verilən məlumatda deyilir ki, mayın 22-si saat 23.30 radələrində Bakı şəhəri, Təbriz küçəsində (“Su Sonası” şadlıq sarayının qarşısı) baş vermiş yol-nəqliyyat hadisəsi zamanı qeydə alınmış görüntülərə baxılıb. Görüntülərə baxış zamanı aydın olub ki, səkidə dayanmış piyada qəflətən 5 nömrəli marşrut xətti üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusun yoluna çıxıb və həmin nəqliyyat vasitəsinə dəyib. Sürücü dərhal avtobusu saxlayıb və hadisə nəticəsində xəsarət alan piyada xəstəxanaya aparılıb. Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bəzi Kütləvi İnformasiya Vasitələrində (KİV) mayın 22-də Təbriz küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayılıb. “BakuBus” MMC KİV nümayəndələrindən bir daha xahiş edir ki, hadisələrə yanaşmada obyektivliyi daim qorusunlar.скачать dle 11.3