Tunisə uçan təyyarə Bakıda məcburi eniş etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Dünyanın ən çətin dilləri: İlk 5-lik  |     22:54 Coni Rusiyada daha bir mükafat aldı - FOTOlar  |     22:46 Yeni Kaledoniyada səsvermə hüquqlarının pozulması fonunda komendant saatı tətbiq edilib  |     22:38 Bakı-Xırdalan-Sumqayıt qatarında gecikmə olub  |     22:30 Rusiya MN-nin idarə rəisinə külli miqdarda rüşvət verən erməni saxlanıldı  |     22:22 Peşə Təhsil Mərkəzi İsveçrə Universiteti ilə əməkdaşlığa başlayır  |     22:16 Azərbaycanda mərkəz direktoru İŞDƏN ÇIXARILDI  |     22:08 Lənkəranda meyiti tapılan qadının kimliyi məlum olub - YENİLƏNİB  |     22:00 Şuşada mərkəzi küçələrdən birinə Milli Qəhrəmanın adı verilib - FOTO  |     21:52 Dəhşətli qəzada ölən qazi ilə dostunun FOTOsu  |     21:45 Arvad evə əxlaqsız qadınlar gətirən kikboksçu ərini öldürdü - VİDEO  |     21:38 Gəliriniz artacaq, maliyyə vəziyyətiniz yaxşılaşacaq – 4 bürcə ŞAD XƏBƏR  |     21:30 Pakistanda yaşayış binasında partlayış: Ölənlər var  |     21:23 Türkiyədə son 53 ilin ən isti apreli qeydə alınıb  |     21:16 Əli Əsədov İqor Petrişenko ilə görüşdü  |     21:10 Son günlər müşahidə olunan intensiv yağıntıların kənd təsərrüfatına təsirləri açıqlanıb  |     21:02 Vəfa Şərifovanın külli miqdarda olan AYLIQ GƏLİRİ  |     20:56 Daha bir naməlum şəhidin kimliyi bilindi  |     20:48 Azərbaycanlı gənc qəzada həlak oldu - ANBAAN VİDEO  |     20:41 Daha 4 kənddə qaz təchizatı dayandırılacaq  |    

Tunisə uçan təyyarə Bakıda məcburi eniş etdi

“Qatar Airways” aviaşirkətinə məxsus hava gəmisinin komandirinin təyyarənin ikinci mühərrikinin dayanması səbəbindən məcburi eniş barədə elanından sonra Bakı vaxtı ilə saat 11:29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda həyəcan siqnalı verilib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat evrilib.

Göyərtəsində 137 nəfərin olduğu “Airbus A330” təyyarəsi Dohadan Tunisə aviareys həyata keçirirdi.

Həyəcan siqnalı ilə hava limanının bütün qəza-xilasetmə xidmətləri qaldırılmışdır.

Təyyarə Bakı vaxtı ilə saat 12:16-da uğurlu eniş etmişdir, xəsarət alan yoxdur.

Heydər Əliyev Beynəlxalq Aeroportu “Qatar Airways” aviaşirkətinin sifarişi ilə sərnişinlərə və ekipaj üzvlərinə bütün lazımi yardımı, eləcə də hava gəmisinə lazımi texniki dəstəyi göstərməyə hazırdır.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ən müasir naviqasiya və yerüstü avadanlıqlarla təchiz olunmuşdur. Bu səbəbdən aviaşirkətlər fors-major vəziyyətlər yarandıqda regionun hava məkanında məhz Bakı hava limanını seçirlər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 559 29.05.18 14:05