Mojo.az Banner
22:26 Sumqayıtda mənzildə meyit aşkarlandı  |     22:16 Məşhur serialda o da olacaq  |     22:10 Hər xırda məsələyə əsəbiləşən bürclər  |     22:02 Azərbaycan Polşaya nota verdi - Səfir XİN-nə çağırıldı  |     21:32 Hansı halda özbaşına tikintiyə mülkiyyət hüququ verilir? - Xidmət rəisindən AÇIQLAMA  |     21:21 Rusiyada məşhur komediyaçı ilə bağlı qərar verildi  |     21:09 Bakı metrosunda sərnişin qatar yoluna düşdü  |     21:03 Bu il neçə metrostansiya istifadəyə veriləcək? - RƏSMİ CAVAB  |     20:58 Cərimə meydançasından 7 980 manatlıq oğurluq: 3 nəfər cəzalandırıldı  |     20:50 Məhkəmə böhtan ittihamı ilə bağlı iki şəxsə bəraət verdi  |     20:45 Çörəyi tamamilə kəsmək arıqlamağa kömək edir?  |     20:39 Alkoqollu içkilərin satışı mağazasında saxta içkilər aşkarlandı  |     20:25 Həbsxanaya ayaqqabının içində telefon keçirmək istədi  |     20:20 Bloger Tbilisidə yaşadığı mənzildə ölü tapıldı  |     20:13 "Gənclər 500 manat maaşla necə yaşasınlar?" - İlham Namiq Kamal  |     20:07 10 mindən çox şəxs dövlətdən kirayəyə mənzil götürüb  |     20:00 "Zimbra” istifadəçilərinə təhlükəsizlik barədə xəbərdarlıq edildi  |     19:54 Pilot layihə ilə evləri sökülən sakinlər illərdir mənzillərinə köçə bilmirlər - VİDEO  |     19:49 Polis bir gündə 50 nəfəri tutdu  |     19:43 Bakıda qiyməti 200 mindən yuxarı olan evlər ucuzlaşacaq? - AÇIQLAMA  |    
Left Banner
Right Banner

Deputat: Vətəndaşlar deyil, banklar insanların ayağına getməlidir

29.05.2018 13:53 2 954
Deputat: Vətəndaşlar deyil, banklar insanların ayağına getməlidir
Azərbaycanda bank sisteminin sağlamdırılması lazımdır. Çünki 2015-ci ildə yaşanan iki ağır devalvasiyadan sonra ölkədə bank sistemi çökmüş, iflic vəziyyətdədir. Hətta atılan addımlar da tam yetərli deyil.

Bunu oxu.az-a açıqlamasında iqisadçı millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, bank sisteminin sağlamlaşdırılması üçün daha ciddi və daha təsirli addımlar atılmalıdır.

V. Əhmədov xüsusilə dollarla olan kreditlərin ödənilməsində yaşanan problemlərin həllini tapmasının vacibliyini söyləyib:

“Üç ildir ki, belə bir problem var. Bu məsələ, demək olar ki, hər gün dilə gətirilir. İnsanlar bizdən kömək gözləyir. Ancaq çox təəssüflər olsun ki, bu problem uzana-uzana gedir. Hesab edirəm ki, bu problem artıq həllini tapmalıdır.

Ümumiyyətlə, 10 minə qədər olan kreditlərin bağışlanılması və ya bu məsələdə vətəndaşlara güzəştə gedilməsi üçün ölkənin maliyyə durumu yetərlidir. Bu, o qədər də böyük vəsait deyil. Yəni, dövlət bunu həll etmək gücündədir.

Belə demək mümkünsə, bu məsələnin həlli üçün həm dövlət, həm banklar, həm də vətəndaşlar birgə razılaşdırılmış şəkildə hərəkət etməlidir, birlikdə bu problemin həll yolunu tapıb, onun aradan qaldırılmasına çalışmalıdır”.

Millət vəkili, eyni zamanda, bankların özlərinin də vəziyyətdən çıxış yolu tapmalı olduqlarını dilə gətirib:

“Banklar faiz dərəcələrini aşağı salmalıdırlar. Ümumiyyətlə, elə bir mexanizm olmalıdır ki, vətəndaşlar deyil, banklar özləri insanların ayağına getməli, onları sərfəli şərtlərlə kredit götürməyə həvəsləndirməlidirlər. Həmçinin, onlar bir sıra layihələrin icrasına cəlb olunaraq, real iqtisadiyyata öz töhfələrini verməlidirlər.

Demək istədiyim odur ki, hər şeyi dövlətdən gözləmək, dövlətin üzərinə atmaq olmaz. Bu, düzgün yanaşma deyil. Banklar özləri də hərəkətə gəlməlidir. Təbii ki, burada dövlət dəstəyi olmalıdır”.скачать dle 11.3
Mojo.az Banner