Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Pilot layihə ilə evləri sökülən sakinlər illərdir mənzillərinə köçə bilmirlər - VİDEO

28.08.2026 19:54 258
Pilot layihə ilə evləri sökülən sakinlər illərdir mənzillərinə köçə bilmirlər - VİDEO
Nə kirayəhaqları ödənilir, nə də binaları təvhil verilir...

"Xəzər TV"nin vatsap qaynar xəttinə müraciət edən bir qrup vətəndaş iddia edir ki, Ceyhun Hacıbəyli və Sahib Zeynalov küçələrinin kəsişməsində yerləşən evləri 2018-ci ildə pilot layihə çərçivəsində "N-Turan" MTK tərəfindən sökülüb. 24 ay ərzində kirayə pulları, həmçinin yeni tikiləcək binalardan mənzil veriləcəyi vəd edilib. Lakin, uzun müddət keçməsinə baxmayaraq, tikinti yarımçıq qalıb.

Kirayə pulları kəsilən sakinlər iddia edirlər ki, şirkət nümayəndələri tərəfindən belə bir təhlükəli binada şəraitsiz mənzillərə köçməyə məcbur edilirlər. Onlara bildirilib ki, balkonların məhəccərləri hələ quraşdırılmayıb. Liftlər isə demək olar ki, işləmədiyindən sakinlər həm təhlükə ilə üzləşir, həm də yuxarı mərtəbələrə qalxmaqda ciddi çətinlik çəkirlər.

Biz də məsələyə aydınlıq gətirmək üçün "N-Turan" MTK-nın rəhərliyi ilə əlaqə saxlamağa çalışdıq. Lakin şirkət rəsmiləri problemlə bağlı açıqlama verməkdən imtina etdilər.

Sakinlər məsələ ictimailəşəndən sonra yaranmış vəziyyətin diqqətdən kənarda qalmayacağına və problemin aradan qaldırılması üçün aidiyyəti qurumlar tərəfindən yaxın zamanda müvafiq addımların atılacağına ümid edirlər.

Son xəbərlər