Mojo.az Banner
12:22 UEFA Millətlər Liqasında günün oyunları: Xorvatiya İspaniyaya qarşı  |     12:21 Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü  |     11:55 Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq - Video  |     11:53 Fransada məktəblilərin etirazları: 190-dan çox şagird yaralanıb  |     11:48 Tələbənin ölümünə səbəb olan sürücüyə cəza verildi - Təfərrüat  |     11:31 Azərbaycanda polkovnik həbs edildi  |     23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Sakinlər beş ildir evsiz qaldıqlarını iddia edirlər: "Bizi aldadıblar" - VİDEO

04.06.2026 22:37 381
Sakinlər beş ildir evsiz qaldıqlarını iddia edirlər:
Baku TV-nin qaynar xəttinə müraciət edən bir qrup sakin bildirir ki, Nərimanov rayonunda yerləşən pilot tikinti layihəsi çərçivəsində sökülən evlərinin əvəzində illərdir mənzillə təmin olunmayıblar.

Onların sözlərinə görə, 2020-ci ildə tikinti şirkəti ilə qarşılıqlı razılıq əsasında alqı-satqı müqaviləsi bağlanıb. Razılaşmaya əsasən, sakinlər 24 ay ərzində yeni mənzillərlə təmin edilməli, bu müddətdə isə onlara kirayə pulu ödənilməli idi. Lakin sakinlər iddia edirlər ki, nə mənzillər təhvil verilib, nə də kirayə haqları vaxtında ödənilib.

Söhbət paytaxtın Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən və "Olimpus Park" ilə "N-Turan" MMC tərəfindən həyata keçirilən pilot tikinti layihələrindən gedir.

"Binanı nə tikib təhvil verirlər, nə də kirayə pulumuzu vaxtında ödəyirlər. Bizi aldadıblar. Heç kim nə telefona cavab verir, nə də məsuliyyət daşıyır. Bir-birilərinin üstünə atırlar. Bina yarımçıq vəziyyətdədir. Deyirlər ki, köçüb yaşayın, amma orada yaşamaq üçün şərait yoxdur", - deyə sakinlərdən biri bildirib.

Məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ünvanda sakinlərin kirayə haqlarının ödənilməsində və tikinti işlərinin aparılmasında yaranan gecikmələrlə əlaqədar şirkət rəhbərliyi ilə görüş keçirilib. Şirkətə kirayə haqlarının vaxtında ödənilməsi və tikinti işlərinin qısa müddətdə yekunlaşdırılması ilə bağlı ciddi xəbərdarlıq olunub.
скачать dle 11.3
Mojo.az Banner