Mojo.az Banner
SON DƏQİQƏ
14:41 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı  |     14:33 Bakının xeyli ərazisində qaz olmayacaq  |     13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |     13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |     13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |     13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |     12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |     12:05 Azərbaycandan Ermənistana ixrac olunan məhsulların dəyəri açıqlanıb  |     11:59 Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - Video  |     11:53 Bakıda iki avtomobil toqquşdu: Piyada öldü  |     11:37 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

8 ildir yeni bina sakinlərə nə təhvil verilir, nə də kirayə haqqı ödənilir - VİDEO

30.06.2025 11:41 741
8 ildir yeni bina sakinlərə nə təhvil verilir, nə də kirayə haqqı ödənilir - VİDEO
2017-ci ildə Nəsimi Rayon İcra Hakimiyyətinin sərəncamı ilə start götürən layihə hələ də sona çatdırılmayıb.

Median.Az
Xəzər TV-yə istinadən məlumat verir ki, Azadlıq prospekti və ətraf küçələrdə yaşayan 213 mülkiyyətçi evlərini tərk edib, "Yeni Ailə" MTK-ilə rəsmi müqavilə bağlayıb.

Müqaviləyə görə, cəmi 2 ilə ailələrin mənzilləri təhvil verilməli idi. Ancaq bu gün 8 ildir gözləyən sakinlər var.

Sakinlər sadəcə mənzil deyil, hər ay verilməli olan kirayə haqlarının da ödənmədiyini iddia edirlər. Kommunal xidmətlər demək olar ki, yox səviyyəsindədir. Üstəlik təhvil verilməyən kompleksdə artıq liftlər də işləmir.

Məsələ ilə bağlı "Yeni Ailə" MTK-nın rəsmisi Ziya Hacıyev bildirib ki, hazırda kompleksin tikilib başa çatdırılması məqsədilə iş gedir. Yaxın bir ay ərzində su, qaz, işıq sayğacları quraşdırılacaq və liftlər bərpa ediləcək. O həmçinin əlavə edib ki, hazırda şirkətdə yoxlama gedir və maliyyə problemləri var.

Buna görə də kirayə haqları gecikir. Həmin ödənişlərin də 20 gün ərzində həyata keçirilməsi gözlənir.

Ətraflı süjetdə:скачать dle 11.3

Son xəbərlər