AXC-nin 100 illiyi San Dieqoda qeyd olunacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:04 Dünyanın ən çətin dilləri: İlk 5-lik  |     22:54 Coni Rusiyada daha bir mükafat aldı - FOTOlar  |     22:46 Yeni Kaledoniyada səsvermə hüquqlarının pozulması fonunda komendant saatı tətbiq edilib  |     22:38 Bakı-Xırdalan-Sumqayıt qatarında gecikmə olub  |     22:30 Rusiya MN-nin idarə rəisinə külli miqdarda rüşvət verən erməni saxlanıldı  |     22:22 Peşə Təhsil Mərkəzi İsveçrə Universiteti ilə əməkdaşlığa başlayır  |     22:16 Azərbaycanda mərkəz direktoru İŞDƏN ÇIXARILDI  |     22:08 Lənkəranda meyiti tapılan qadının kimliyi məlum olub - YENİLƏNİB  |     22:00 Şuşada mərkəzi küçələrdən birinə Milli Qəhrəmanın adı verilib - FOTO  |     21:52 Dəhşətli qəzada ölən qazi ilə dostunun FOTOsu  |     21:45 Arvad evə əxlaqsız qadınlar gətirən kikboksçu ərini öldürdü - VİDEO  |     21:38 Gəliriniz artacaq, maliyyə vəziyyətiniz yaxşılaşacaq – 4 bürcə ŞAD XƏBƏR  |     21:30 Pakistanda yaşayış binasında partlayış: Ölənlər var  |     21:23 Türkiyədə son 53 ilin ən isti apreli qeydə alınıb  |     21:16 Əli Əsədov İqor Petrişenko ilə görüşdü  |     21:10 Son günlər müşahidə olunan intensiv yağıntıların kənd təsərrüfatına təsirləri açıqlanıb  |     21:02 Vəfa Şərifovanın külli miqdarda olan AYLIQ GƏLİRİ  |     20:56 Daha bir naməlum şəhidin kimliyi bilindi  |     20:48 Azərbaycanlı gənc qəzada həlak oldu - ANBAAN VİDEO  |     20:41 Daha 4 kənddə qaz təchizatı dayandırılacaq  |    

AXC-nin 100 illiyi San Dieqoda qeyd olunacaq

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhəri 28 may 2018-ci il tarixini “Azərbaycan Demokratik Respublikasının 100 illiyi Günü” elan edib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan bildirilib ki, bununla bağlı San Dieqo meri, Şəhər Şurasının sədri və bütün üzvləri müvafiq bəyannamə imzalayıb.

Baş Konsulluğa göndərilmiş bəyannamədə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı, həmin respublikanın qısa müddətdə böyük sayda mütərəqqi islahatlara imza atdığı, nəinki müsəlman dünyasında ilk dəfə, eləcə də dövrün bir sıra qabaqcıl dövlətlərindən də öncə qadınlara səsvermə hüququ verdiyi vurğulanır. Həmçinin bu respublikanın ABŞ və digər demokratik dövlətlər tərəfindən tanındığı qeyd olunur.

Bəyannamədə Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın ölkəmizi tanıyan və onunla diplomatik münasibətlər quran ilk dövlətlərdən biri olduğu bildirilir. Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra öz suverenliyini və müstəqilliyini gücləndirdiyi, dünyanın ən sürətlə inkişaf edən və çağdaşlaşan dövlətlərindən birinə çevrildiyi, bu gün regionun ən böyük iqtisadiyyata malik ölkəsi və ABŞ-ın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğu vurğulanır.

Sənəddə həmçinin qeyd olunur ki, Los Ancelesdəki Baş Konsulluğu vasitəsilə Azərbaycan San Dieqo şəhəri ilə son illərdə güclü əlaqələr qurub.

Bəyannamənin sonunda 28 may tarixi San Dieqo şəhərində “Azərbaycan Demokratik Respublikasının 100 illiyi Günü” elan edilir.

Qeyd edək ki, 1.4 milyon əhalisi və 206 milyard dollarlıq Ümumi Daxili Məhsulu olan San Dieqo şəhəri Kaliforniyada ikinci, ABŞ-da isə səkkizinci ön böyük şəhərdir. San Dieqo şəhəri ilə Bakı şəhəri arasında rəsmi münasibətlər 2011-ci ildə qurulub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 184 26.05.18 14:11